Bu gün "Neftçi”nin veteran futbolçusu Samir Ələkbərovun 51 yaşı tamam olur. 1968-ci ildə dünyaya gəlmiş hücumçu 1987-1999-cu illər ərzində "Neftçi”nin heyətində 280 oyun keçirib. 138 qolun müəllifi olmuş Ələkbərov "Neftçi” tarixinin ən çox qol vurmuş futbolçudur. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1996) və Superkubokun (1993) qalibi olmuş Samir Ələkbərov 1991, 1992, 1993-cü illərdə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.
O, 1992-1996-cı illər ərzində Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 2 qol vurub. Samir Ələkbərov məşqçilik fəaliyyətinə də "Neftçi”də başlayıb. O, 2002-2006-cı illərdə ərzində məşqçi kimi çalışdığı komandamızla ölkə çempionatının (2004, 2005) və kubokunun (2004) qalibi olub.
Ad günü münasibəti ilə klubun rəsmi saytı sabiq futbolçuya bir neçə sual ünvanlayıb.
- Doğum gününüz mübarək, Samir müəllim! Bu günü necə qeyd edəcəksiniz?
- Çox sağ olun! Bu gün mənim üçün böyük bir önəm daşımır, sadəcə bir rəqəm o birini əvəzləyir.
- Deməli, qeyd etməyəcəksiniz?
- Ənənəvi olaraq ailəmlə bir yerdə, evdə keçirəcəyəm. Adətən, qeyri-adi bir planım olmur.
- Doğum gününüzdə sizə təqdim edilən ən gözlənilməz hədiyyə nə olub?
- Ümumiyyətlə, hədiyyə almağı xoşlamıram, amma keçən il mənə çox maraqlı hədiyyə veriblər. Səhər üzərində "50” yazısı olan mayka hədiyyə ediblər, axşamüstü isə mənimlə vidalaşıblar (gülür).
- "Neftçi”nin oyunlarına baxırsınızmı?
- Həmişə! "Neftçi” hər zaman mənim qəlbimdədir. Həmişə demişəm və deyəcəyəm: mən "Neftçi”də işləməyə hazıram və öz biliklərimi bu komanda ilə bölüşməyə şad olaram!
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov
"Oyun heç-heçə də bitə bilərdi" - Andrey Demçenko
Azərbaycan millisi Farer adalarına da böyük hesabla uduzdu
"Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
AFFA İntizam Komitəsinin qərarları açıqlandı
Kvaratsxeliya ÇL tarixinə belə düşdü
Elşən Abdullayev mükafatlandırıldı