"Zirə"nin qapıçısı Boyan Zoqoviç Azərbaycan Premyer Liqasının 5-ci turunda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Nəticə "Zirə" adına heç də yaxşı olmadı. Rəqibimiz "Qarabağ" idi. Avrokuboklarda mübarizə aparan bir komandadır. Artıq önümüzdəki oyunlara köklənməliyik. Çünki bizi "Keşlə", daha sonra isə "Qəbələ" ilə gərgin qarşılaşmalar gözləyir.
- Niyə ikinci hissədə göstərdiyiniz oyunu birinci hissədə oynaya bilmədiniz?
- Demək olar ki, 3 topu heç nədən buraxdıq. Növbəti günlərdə matçı analiz edib, məşqçimizlə birgə səhvlərimizə baxacağıq.
- Ola bilərmi ki, "Zirə" bu gün "Qarabağ"ın adından çəkinirdi?
- Xeyr. Bu, təbii ki, qorxu deyildi. Futbol 11-11-ə oynanılır. Öz oyununumuzu göstərməyə çalışdıq. Bəlkə də önümüzdəki matçlarda qələbə qazanacağıq. Hər şey ola bilər.
- "Qarabağ" 5 görüşdə maksimum nəticə əldə edərək fərq yaradıb. Demək olar ki, digər 7 komanda maksimum ikincilik üçün mübarizə aparacaq?
- Həqiqətən də "Qarabağ" Azərbaycanın ən yaxşı klubudur. Bəlkə də digər 7 komandanın səviyyəsi müəyyən qədər bir-birinə bənzəyir. Amma unutmayaq ki, bizim də özümüzə məxsus oyun tərzimiz var. Çünki həqiqətən də "Neftçi" və "Sabah"a qarşı layiqli mübarizə aparmışıq.
- "Zirə"nin heyətində 2 oyuna çıxmısınız və hər ikisində də komandanız uduzub.
- Bu barədə nə deyəcəyimi bilmirəm.
- Rəqib komandanın qapıçısı, yəni, həmkarınız Asmir Beqoviç haqda nə deyə bilərsiniz?
- Münasibətim olan qapıçılardan biridir. İngiltərə Premyer Liqasında çıxış edib. Çox yaxşı qolkiperdir. Yəqin ki, sabah onunla oyun haqda fikirlərimizi bölüşəcəyik. İlk dəfədir, Azərbaycandadır. O, mənə dedi ki, "Zirə"nin stadionundakı ot örtüyü əladır.
“Bavariya”dan darmadağın
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
Qəbələdə vurulan qollar - Video
“İlk qola qədər pis görünmürdük” - Amil Ağacanov
“Sabah" bizə müraciət etsə..." - Vernidub
MOİK "Xankəndi"ni məğlub etdi
Mourinyo: "Formula 1-dən öyrənəcəyimiz çox şey var"
"Qarabağ" - "Şəfa": Heyətlər
Yamaldan "Qızıl top" açıqlaması
Xavi sabiq futbolçusu olan bombardiri milliyə çağırmadı
"Sabah"dan 10 futbolçu milli komandalara dəvət alıb
"Qəbələ" - "Neftçi": Heyətlər
Tofiq Bəhramov stadionu təmir olunacaq
41 yaşlı Ronaldo yenidən milliyə çağırıldı
"3-4 şirkətlə aktiv danışıqlar gedir" - PFL rəsmisi
Azərbaycandan Surinam millisinə çağırıldı
Tomas Tuhel İngiltərə millisinin heyətini açıqladı
Azərbaycan kubokunun püşkü atıldı
"Sabah"ın futbolçusu 2 ildən sonra Polşa millisinə çağırıldı
Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə millisində karyerasını başa vurdu
"Liverpul"un gənc hücumçusu "Arsenal"a keçdi