Xəbər verdiyimiz kimi, bu günlərdə özünün uşaqlıq həyatı barədə danışan Portuqaliya millisi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo həssas məqamlara toxunub.
O geniş müsahibəsində deyib: “11-12 yaşım olanda ailəmizin pulu yox idi. Biz - mən və “Sportinq”in digər yetirmələri bir yerdə yaşayırdıq. Ailəmi ayda üç dəfə görürdüm. Bu, çox çətin idi. Gecə saat 22.30-23.00 arasında biz acırdıq. Stadionumuzun yanında isə “Makdonalds” vardı. Biz oranın qapısını döyüb soruşurduq: “Sizdə hansısa burger var?” Orada həmişə Edna adında bir qadın və iki qız olurdu. Bizə pulsuz burger verirdilər.
Mən daha sonra onları heç vaxt görmədim. Portuqaliyada olanda onları axtardım. Amma həmin “Makdonalds” artıq bağlanmışdı. Ümid edirəm ki, bu müsahibə vasitəsi ilə onları taparam. Belə olsa, çox sevinərəm. Onları Turinə, yaxud Lissabona dəvət etmək və birgə yemək yemək istəyirəm. İstəyirəm ki, qismən olsa belə, öz borcumu qaytarım”.
Bu müsahibə yayımlandıqdan bir neçə gün sonra həmin üç qadından biri – hazırda iki uşaq anası olan Paula Leka üzə çıxıb. Yerli “Renascenca” radiosuna müsahibəsində o bildirib ki, Ronaldonun şam yeməyi təklifini məmnuniyyətlə qəbul edir.
Paula həmin dövrləri də yada salıb: “Restorana gəlir, əgər bizdə qamburger qalırdısa, menecerimiz onları pulsuz uşaqlara verməyə icazə verirdi. Bu, demək olar, hər gecə davam edirdi. Onlardan biri, ən utancağı Kriştiano Ronaldo idi.
Mən indiyədək həmin dövrü təbəssümlə yada salıram. Bu haqda öz oğluma danışanda inanmadı. Hesab etdi ki, bu, uydurmadır. Mənim ərim də bu haqda bilirdi. Bəzən o, gecə məni işdən götürməyə gəlirdi və Ronaldonu görürdü.
Əgər o, məni şam yeməyinə dəvət etsə, mən mütləq gedərəm. Ona təşəkkür edir və demək istəyirəm ki, yemək masası arxasında bizim həmin dövrü xatırlamaq üçün vaxtımız olacaq”.
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı
Messi Zambiyaya qarşı meydana çıxacaq
Arteta London klubunda qalacaq
"Yuventus" "Mançester Yunayted"in futbolçusuna göz dikdi
PSJ, "Bavariya", yoxsa Səudiyyə Ərəbistanı?
"Sumqayıt"ın Ronaldosu millidə növbəti matçına çıxdı
Azərbaycan millisinin Syerra Leone ilə oyun üçün heyəti
2-ci liqada fantastik hesab - 14:0!
“Mançester Yunayted” Tonali ilə danışıqlara başladı
Azərbaycanın U-17 millisi sonuncu oyununda da heç-heçə etdi
"Qarabağ" uşaqlara da jest etdi
UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı
Tudor ən tez qovulan məşqçilər siyahısında
“Normal nəfəs ala bilmədiyimi başa düşdüm” - Luçesku
"Tottenhem"in yeni baş məşqçisi o olacaq
“Syerra Leone zəif rəqib deyil” – Rauf Əliyev
İran FİFA-ya müraciət etdi
Lukaku "Napoli"dən gedir
Azərbaycan – Syerra Leone matçının hakimləri açıqlandı
UEFA-dan Janna d’Ark cəzası! - Video
Bu mövsüm “Qarabağ”a uduzmuşdular - Baş məşqçini göndərdilər
Cermeyn Defo baş məşqçi təyin olundu
Mbappe azarkeşi mühafizəçinin əlindən aldı - Şəkillər
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Millimizin rəqibi “FİFA Series”in qalibi ola bilmədi
Kolumbiya - Fransa matçında 4 qol
"Şamaxı”nın legioneri darmadağında iştirak etdi
“Quba”dan səfər qələbəsi - Video
Litva Gürcüstana məğlub oldu
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək