İrlandiyanın “Dundalk” komandasının məşqçisi Ruaidri Hiqqins bu gün Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Linfild” – “Qarabağ” oyunu barədə fikirlərini söyləyib.
Qol.az xəbər verir ki, BBC-yə müsahibəsində o deyib ki, “Qarabağ” iki oyunun nəticəsinə görə üstələmək “Linfild” üçün qəhrəmanlıq olar.
“Dundalk” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a rəqib olub və uduzaraq yarışda mübarizəni dayandırıb.
“Azərbaycan əslində tanınan futbol ölkəsi deyil. Amma son 5-6 ilə baxsaz görərsiz ki, “Qarabağ” dörd dəfə Avropa Liqasının, bir dəfə isə Çempionlar Liqasının qrupunda oynayıb. Onlar Madriddə “Atletiko” ilə ÇL oyununda xal qazanıblar. Əgər “Linfild” üzərinə düşən vəzifənin öhdəsindən gəlsə, bu, Şimal və Cənub da daxil olmaqla bütün İrlandiya futbolu üçün böyük uğur olacaq. 90 dəqiqə ərzində istədiyin nəticəni əldə etmək başqadır, amma “Qarabağ” kimi komandanın iki oyunun nəticəsinə əsasən, keçmək qəhrəmanlıq olar”.
Hiqqins “Linfild”in “Qarabağ”ın heyətində Abdullah Zubirə və Xaymeyə xüsusi diqqət yetirməsinin vacibliyini də qeyd edib: “Qarabağ” bütün komanda olaraq təhlükəlidir. Xüsusən hücumda.Onlar topla oynamağı sevirlər. İki vinger – Xayme Romero və Abdullah Zubir bu il Avropada qarşılaşdığımız ən təhlükəli oyunçular olub.
Onlar bizə həqiqətən zərbə vurdular. Heyətlərində belə futbolçuların olması təəccüblü deyil. Bu iki oyunçunun qiyməti bizim bütün komandanın büdcəsi qədərdir. Onların cinah hücumları çox təhlükəli olur. Əgər ötürmə alırlarsa, cəmirə meydançasına aqressiv hücum edirlər” – deyə “Dundalk”ın məşqçisi qeyd edib.
Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Linfild” – “Qarabağ” ilk matçı Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko
Türkiyə millisinin üzvü "Borussiya"dan ayrılır - Rəsmi
İngiltərə Premyer Liqasında fevralın ən yaxşsı seçildi
Sumqayıtda heyətlər açıqlandı
Azərbaycan millisi ilk qələbəsini qazandı
Qvardioladan əvvəl iki nəfər bunu bacarmışdı
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər açıqlandı
1-ci liqada 18-ci tura yekun vuruldu
Millinin yeni baş məşqçisi bu tarixdə təqdim olunacaq
"Çelsi" kapitanı ilə müqaviləni uzatdı - Rəsmi
"Barselona"nın keçmiş prezidenti vəfat etdi
Tiaqo Silva Avroliqa tarixinin rekorduna imza atdı
Sarri qovula bilər
"Qarabağ" onun gedişini rəsmən açıqladı
“Qarabağ”dan ayrılıb bu kluba keçdi
"Tottenhem" bilet satışını təxirə saldı
Azərbaycan boksçuları Monteneqroda rinqə çıxacaqlar
"Arsenal" danışıqlara başladı
Yayda “Qarabağ”dan ayrılacağı gözlənilir
Çempionlar Liqasında ən çox qol ötürməsi edən qapıçı oldu
"Lion"u Endrik xilas etdi - Video
İran millisindən Trampın fikirləri ilə bağlı bəyanat
Konfrans Liqasında 1/8 finalın ilk oyunları keçirildi
Avropa Liqasında gecənin nəticələri
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi