Benzema "Real"a qələbə qazandırdı

Benzema "Real"a qələbə qazandırdı
DÜNYA FUTBOLU 21 Aprel 2019 / 21:09 2991
-  A +

İspaniya La Liqasında 33-cü turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, "Real" bu tur evdə "Atletik"i qəbul edib. "Kral klubu" Kərim Benzemanın het-triki sayəsində rəqibinə 3:0 hesabı ilə qalib gəlib. Digər oyunda isə "Hetafe" doğma meydanda "Sevilya"nı eyni hesabla məğlub edib.


21 aprel

"Hetafe" - "Sevilya" - 3:0
Qollar:
J. Mata, 35-penalti (1:0), J. Molina, 45-penalti (2:0), 53 (3:0)

"Real" - "Atletik" - 3:0
Qollar:
K. Benzema, 47 (1:0), 69 (2:0), 90 (3:0)


Qeyd edək ki, 33 turdan sonra "Real" 64 xalla 3-cü, "Hetafe" 54 xalla 4-cü, "Sevilya" 52 xalla 5-ci, "Atletik" isə 46 xalla 7-cidir. Turnir cədvəlinə isə 77 xalla "Barselona" başçılıq edir. İkinci sıradakı "Atletiko"nun 68 xalı var.

Son xəbərlər