"Tottenhem"in futbolçusu Mussa Sissoko Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab oyunundan (3:4) sonra fikirlərini bildirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 41-ci dəqiqədə zədə səbəbindən Fernando Lorente ilə məcburi əvəzlənən fransalı yarımmüdafiəçi komandasının yarımfinala yüksəlməyindən xəbərsiz olduğunu deyib:
"Sterlinqin qolu zamanı ehtiyat oyunçular skamyasındaydım. Hesab 5:3 olduqdan sonra məyus oldum və paltardəyişmə otağına getdim. Otaqda tək idim. Baş verənləri izləyə biləcəyim televizor da yox idi. Beynimdə ancaq mübarizəni dayandırdığımız fikri var idi. Sonra otağa bir işçi girdi və məni tutub qucaqladı. "Mümkünsüzü bacardıq" dedi. Necə etdiyimizi soruşdum. Qolun VAR qərarı ilə ləğv olunduğunu söylədi. O an zədəmi düşünmədən qaçaraq meydana qayıtdım".
Qeyd edək ki, "Tottenhem" səfər qolu sayəsində yarımfinala yüksəlib.
“Bir neçə məşqçi ilə danışıqlar gedir” - AFFA-dan açıqlama
"Füzuli" Göygöldə 3 xalı belə qazandı - Video
Kosta 100-dən çox insanı xilas etdi
"Şahdağ Qusar"ın 4 qolu - Video
İkiqat Avropa çempionu müharibədə həlak oldu
Tiaqo Silvanın yeni klubu rəsmiləşdi
"Şahdağ Qusar"dan darmadağın, "Füzuli" qalib gəldi
Şehiç milli karyerasını başa vurdu
Acun "Hall Siti"nin baş məşqçisini istefaya göndərdi
Poqba komediya filminə çəkildi
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
İngiltərə klubunun şikayəti rədd edildi
"Atletiko" Poçettino ilə danışıq aparır
"Real" - “Bavariya” oyununa hakim təyinatları açıqlandı
Luis Enrikedən iddialı açıqlama
U-17 millisi Türkiyəyə böyük hesabla uduzdu
"İnter"dən Lautaro Martinesin gələcəyi ilə bağlı açıqlama
"Səbail"in legioneri səhvi hakimdə yox, özlərində görür
"Bavariya" yeni mövsüm formasını təqdim etdi - Şəkil
PSJ Donnaruma ilə bağlı qərar verdi
Musa "Yurqorden"in U-21 komandasında növbəti qolunu vurdu