Bu il üçüncü dəfə keçiriləcək “Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup") beynəlxalq cüdo turnirində16 yerli və xarici klub komandası iştirak edəcək.
Qol.az xəbər verir ki, turnirin Təşkilat Komitəsinin xarici ölkə təmsilçilərinə göndərdiyi dəvətlərə cavab gəlməkdədir. Belə ki, Rusiya, Türkiyə, İran, Qazaxıstan və Gürcüstanın klub komandaları yarışlarda iştirak edəcəklərini artıq təsdiqləyiblər. Rusiyanı turnirdə Qroznı, Dərbənd və Mahaçqaladan olan komandalar təmsil edəcəklər.
“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə ehtiram əlaməti olaraq təşkil etdiyi ənənəvi beynəlxalq turnir bu il aprelin 16-17-də Bakı İdman Sarayında keçriləcək. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirdə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandaları birincilik uğrunda yarışacaqlar.
Əsas məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirmək olan beynəlxalq turnir artıq ölkəmizin idman həyatına möhkəm daxil olub. Əvvəlki iki ildəki kimi, bu il də turnirə geniş ictimai maraq var. Turnirin açılış və mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələrinin, parlament üzvlərinin, tanınmış idmançıların, şəhid ailələrinin, Qarabağ müharibəsi veteranlarının iştirakı gözlənilir.
Azərbaycan Ordusunun 2016-cı il Aprel zəfəri müasir hər tariximizin şanlı səhifəsidir. Bu zəfər nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində indi üçrəngli bayrağımız dalğalanır. Öz rəşadətləri ilə gənclərimizə örnək olan Raquf Orucovun və digər şəhidlərin xatirəsi isə xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaqdır.
Onu da qeyd edək ki, ənənəvi beynəlxalq turnir ərəfəsində “Judo Club 2012” özünün rəsmi internet səhifəsini (www.judoclub2012.az) istifadəçilərə təqdim edib. İdmansevərlər buradan klubun fəaliyyətinə dair hərtərəfli məlumatlar əldə edə bilərlər. Səhifədə zəngin foto-video arxiv, o cümlədən 2017 və 2018-ci illərdə keçirilmiş “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turnirlərindən, klubun idmançılarının və veteran-ustaların iştirak etdikləri mötəbər yarışlardan, ötən il il Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatının qalibi olan Yaponiya yığma komandasının “Judo Club 2012” əməkdaşlıq əlaqələrindən bəhs edən videomateriallar yerləşdirilib.
Klub özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan idmanının inkişafına öz layiqli töhfəsini verməyə çalışır.
"Sabah"ın rəqibi bəlli oldu
"Sabah" ÇL-də növbəti mərhələyə yüksəldi
"Liverpul" "İnter"in təklifini üçüncü dəfə rədd etdi
Dopinq testi müsbət çıxdı, cəzasız qaldılar
Fransa - İspaniya matçının heyətləri açıqlandı
"Real" "Şalke" ilə qarşılaşa bilər
TNS - "Sabah": Heyətlər
"Şamaxı" daha bir portuqaliyalı ilə anlaşdı
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Şəfa” 5 yoxlama oyunu keçirəcək
Yamalın atası jurnalistlərlə mübahisə etdi
"Barselona"nın futbolçusu sıradan çıxdı
"İmişli"nin rəqibləri bəlli oldu
Mourinyo "Real"da yeni oyun sistemini müəyyənləşdirdi
Oreyli: "Messi ilə qarşılaşmaq üçün səbirsizlənirəm"
"Mançester Yunayted"də yeni qapıçı
“Araz-Naxçıvan” hücumçu aldı
"Qarabağ" gedir - Şəkillər
Yamal: "Fransa üzərində qələbə ad günü hədiyyəm olar"
"Brayton" Luka Vuşkoviçi transfer etdi
Deklan Rays Argentina ilə oyuna hazırdır
Meyson Qrinvud "Fənərbaxça"da
İtaliya millisinin yeni baş məşqçisi kim olacaq?
"Brügge" Sommeri transfer etdi
Bayıl stadionundakı yenidənqurmadan - Şəkillər
Azərbaycanı Budapeştdə təmsil edəcək güləşçilər
Haaland dələ fiquru və 10 min dollarlıq suvenir aldı - Şəkil
Deşam: "İspaniya aşkar favoritdir"
Bugünkü oyunları yayımlayacaq kanallar
DÇ-2026-dan uzaqlaşdırılan hakim vəfat etdi
Ölüm təhdidinə görə ölkəsinə qayıtmadı
Yusif İmanovun yeni klubu
Kralsayağı qarşılanma: 100 min insan, coşan şahzadə - Video
“Vestri” “Qarabağ”la oyundan qabaq 5 qolla uduzdu
“Qarabağ” azarkeşlərə müraciət etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Netflix" Mourinyo haqqında sənədli serial yayımlayacaq
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
Mundialın ən çox səyahət edən komandası bəlli oldu
Ronaldonun klubu futbolçuların maaşını ödəyə bilmir
"Neftçi" Xorvatiya klubuna uduzdu
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi