Zaman, 2009-cu il. İyul ayının 20-si, ya 21-i. Nəşriyyatda rəhmətlik Surxay Əlibəyliylə rastlaşdıq. “Qarabağ” Avroliqanın ikinci mərhələsi çərçivəsində “Rusenborq”la qarşılaşacaqdı. Özü də tarixi bir gündə. İyulun 23-də. Ağdamın işğal günündə.
- Adil Vüqara deyib ki, bala, çıxıb elə oynayırsan ki, elə bil ermənilərlə vuruşursan.
Vüqar Nadirovu deyirdi. Şəhid, "General" ləqəbli Ərşad Nadirovun oğlunu. Adil isə Vüqarın əmisidi.
Zaman, 2014-cü ilin oktyabrı. “Qarabağ” Milanda “İnter”lə qarşılaşacaq. 3-4 gün əvvəl dostumuz Nihat İsayla birgə Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərovun dəstəyi ilə düz 15 min buklet çap etdirmişik. İtalyan dilində çap olunan bu bukletdə “Qarabağ”ın qısa tarixi, xarabazarlığa dönmüş Ağdamdan şəkil və ən əsası Avroliqada çıxış edən şəhəri işğal altındakı bir komanda olduğu qeyd olunub. Sonuncu məqam bukletin çap olunduğu mətbəənin işçilərini heyrətə gətirmişdi. Oktyabrın 2-də 15 min buklet “Cüzeppe Meatssa” stadionunun bütün giriş nöqtələrində yerli azarkeşlərə paylanacaqdı.
Dünən Qarabağ şəhid övladları ilə meydana çıxanda nədənsə bu söhbət və həmin bukletlər yadıma düşdü.
Hə, razıyam 6 qol çox oldu, lap çox.
Hə, razıyam indi Messi qələt edib, həmin o penaltini həvəssiz vurub, bu da qaytarıb. Dünən uşaq səhvləri buraxan Hannes Halldorssonu deyirəm.
Hə. Con Delarj kimi transferdən olmaması yaxşıydı. Naninin möhtəşəm keçidinin də başa düşürəm. Baxma da, adam “Mançester Yunayted”də, “Valensiya”da, “Latsio”da oynayıb. Amma bir həqiqət var ki, onu da hamı başa düşmək zorundadı: Nə Qurbanovun əlində sehirli çubuğu var, nə də vaxtıyla “Mançester”də oynamış futbolçusu. Start heyətində meydana çıxan, ehtiyatda oturan oyunçularmızın soydalarına baxın, bir də düşünün. Mövsüm boyu “Benfika”ya, “Portu”ya qarşı oynamaq hara, heç kimin xətrinə dəyməsin, “Keşlə”yə, “Zirə”yə qarşı oynamaq hara. İki ildir 8 komandalı çempionat keçirə-keçirə Avroliqanın qrup mərhələsinə gəlib çıxmışıqsa, bu, artıq böyük nəticədir. Gələn il heç bu da olmaya bilər. Qışda, gələn mövsümöncəsi normal legioner transferlər olmasa, çətin. Niyə legioner? Çünki ölkədə jurnalist qıtlığı olduğu kimi futbolçu qıtlığı da var. Baxın, 8 komandalı Azərbaycan çempionatına. Və indi o çempionatda çıxış edən yerli futbolçulardan“Qarabağ” üçün ibarət 18 nəfərlik heyət hazırlayın.
“Qarabağ”ın qara zolaqda olduğunu deyirlər. Təbii, hər klubun başına gələn işdir. Amma qara zolaqda olan “Qarabağ” deyil. Ümumilikdə Azərbaycan futbolunun özüdür. Hay-küylə, şüarçılıqla, anormal Şuralarla bu zolaqdan çıxa bilməyəcyik. Biz sanki çempionat naminə çempionat keçirməklə məşğuluq. Aha, başladı, aha, ölkə kubokunun finalı da keçirildi, şükür Allha, bu mövsüm də bitdi. Hər il belədir. Sanki AFFA rəhbərliynin üzərinə futbol üzrə ölkə çempionatı keçirmək öhdəliyi qoyublar, o da yarı xoş, yarı zor bu öhdəliyi həyata keçirir.
İllərdir ölkə futbolunun üzünü ağ edən də, Azərbaycanı Avropada bütün mənalarda tanıdan da elə indi qarasınca danışdığımız “Qarabağ” deyilmi? Bu həmin “Qarabağ”dır ki, elə həmin o Qarabağ probleminin həlli istiqamətində bir komitənin, nazirliyin işini görür. Heç bir şişirtmədən deyirəm, Azərbaycanın erməni işğalına məruz qalmasının “Qarabağ” qədər isbatlayan heç bir BMT qətnaməsi əvəz edə bilməz.
Odur ki, Qurban adına! Bu da keçəcək. Qurban adına Qarabağ!!!
Səbuhi MƏMMƏDLİ
Tite istefaya göndərildi
Musa “100”ə çatdı
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı