Tunc Afşar “Bakı”dan gedir

Tunc Afşar “Bakı”dan gedir
ÖLKƏ FUTBOLU 25 May 2010 / 15:15 2447
-  A +

“Bakı” futbol klubunun türkiyəli vitse-prezidenti Tunc Afşar tutduğu postdan ayrılmaq qərarına gəlib. Qol.Az-ın xəbərinə görə, bu haqda Lent.az-a klub rəsmisinin özü məlumat verib.
Afşar klub prezidenti Hafiz Məmmədovun icazəsi ilə “Bakı”nı tərk edəcəyini bildirib. O, Türkiyədə fəaliyyət göstərən və özünün rəhbərlik etdiyi voleybol menecerliyi şirkətində işlərinin çoxluğunu səbəb göstərib. “Bakı”da iki ilədək çalışdığını deyən Afşar işlək bir sistem oturtduqlarını və gələcək uğurlar üçün yetərli zəmin hazırladıqlarını vurğulayıb: “Artıq yetərli dərəcədə iş gördük və bundan sonra mənim Türkiyədəki öz işlərimə daha çox vaxt ayırmağımın gərəkliyini düşünürəm. Bu gün Hafiz bəylə görüşəcəyəm. “Bakı”dan getmək istədiyimi onun diqqətinə çatdıracağam və icazə alacağam. Bunu istefa kimi deyil, sadəcə, icazə kimi qəbul etməsini rica edəcəyəm. İnanıram ki, o, getməyimə razılıq verəcək”.
Qeyd edək ki, Tunc Afşarın 2 mövsümlük fəaliyyəti dövründə “Bakı” Azərbaycan çempionluğunu və kuboku qazanıb.

Daha çox


Son xəbərlər