"Qəbələ"nin kapitanı Cavid Hüseynov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 24-cü turunda "Neftçi"yə 0:1 hesablı məğlubiyyəti dəyərləndirən yarımmüdafiəçi ölkə kubokunun finalında "Keşlə" ilə keçiriləcək görüşə də toxunub.
- Kubokun yarımfinal mərhələsinin cavab oyununda "Neftçi"ni məğlub etdikdən sonra "Qəbələ"nin çempionat matçında da qalib gələcəyi, ən pis halda uduzmayacağı gözlənilirdi. 63-cü dəqiqədən etibarən 10 nəfərlə qalan rəqibə məğlubiyyətin səbəbini necə izah edərdiniz?
- Açığı, konkret səbəb demək bir qədər çətindir. Düzdür, erkən qol buraxmağımızın oyunumuza təsiri oldu. Qoldan sonra bir müddət özümüzə gələ bilmədik. Amma ümumi götürəndə, dünən komandamız pis oynamadı. Təəssüf ki, ələ düşən imkanları dəyərləndirə bilmədik. Rəqibdən üstün olsaq da, qol çatışmadı. Digər tərəfdən, kubok oyununun yorğunluğu da var idi. Uduzmaq istəməsək də, belə alındı.
- Bəlkə, kubok oyunundakı qələbədən sonra komandada arxayınlıq yaranmışdı...
- Mən komandanın içindəyəm, nəyin necə olduğunu yaxşı bilirəm. Arxayınlıqdan söhbət belə gedə bilməz. Çünki "Sumqayıt"la aramızda 3 xallıq fərq var. "Neftçi"ni məğlub edib mövqeyimizi daha da möhkəmləndirmək istəyirdik. Lakin istəyimiz gerçəkləşmədi.
- "Neftçi"yə dünənki məğlubiyyət birmənalı qarşılanmadı. Xüsusilə "Sumqayıt" cəbhəsində "Qarabağ"la oyundan sonra müəyyən etirazlar səsləndi. Hətta "Neftçi"nin qələbəsini kubokun yarımfinalındakı nəticənin qarşılığı kimi dəyərləndirənlər də oldu...
- (Gülür). Yox, bunlar hamısı boş söhbətlərdir. Maraqlıdır, bu söz-söhbəti ortaya atanlar nəyə əsasən belə fikir bildirirlər?
- Daha çox dünən "Qəbələ"nin start heyətində meydana çıxan futbolçulara görə. Xüsusilə qapıda Dmitri Bezotosnının deyil, Aqil Məmmədovun dayanması narazılıqlara səbəb oldu...
- Birincisi, Bezotosnının zədəsi var idi. Kubok oyununa da zədəli halda çıxmışdı. İkincisi isə Aqil özü pis qapıçı deyil. Dünən də yaxşı oyun sərgilədi.
- Kubokun finalında "Keşlə" ilə qarşılaşacaqsınız. Həlledici oyunun Qəbələdə keçirilməsi rəqib düşərgədə narazılığa səbə olub. Bu barədə nə deyə bilərsiniz?
- Final oyununda ev sahibi və ya qonaq komanda anlayışı olmur. 1 görüşdən ibarətdir, istənilən tərəf sonda qələbə qazana bilər. Baxıram ki, oyunun Qəbələdə keçirilməsini başqa tərəfə yozanlar var. Halbuki yarımfinalın ilk oyununda evdə "Neftçi"yə 1:2 hesablı məğlubiyyətdən sonra heç kim "Qəbələ"yə inanmırdı.
- "Keşlə"nin kapitanı kamran Ağayev deyib ki, final Qəbələdə keçirilirsə, onda elə əvvəlcədən kuboku rəqibə verək, onları təbrik edək...
- Lap yaxşı, gəlməsinlər, kuboku da biz götürək (gülür). Yenə deyirəm, final oyununun yeri əvvəlcədən müəyyənləşib. Kamrana xatırlatmaq lazımdır ki, "Neftçi"yə uduzandan sonra "Qəbələ"nin finala çıxmaq şansları çox aşağı qiymətləndirilirdi. Oyunun Qəbələyə salınmasının bizimlə heç bir əlaqəsi yoxdur.
- Son olaraq milli komanda ilə bağlı soruşmaq istəyirəm. Yığmamız iyunun 5-də Qazaxıstan seçməsi ilə yoldaşlıq oyunu keçirəcək. Həmin qarşılaşma haqda fikirləriniz də maraqlıdır...
- Qazaxıstan güclü komanda, layiqli rəqibdir. Əvvəllər bir neçə dəfə qarşılaşmışıq. Düşünürəm ki, maraqlı oyun olacaq. İnanıram ki, belə bir rəqiblə oyunun millimizə xeyiri dəyəcək. Qurban Qurbanov özü hansı rəqiblərlə oynamaq lazım olduğunu yaxşı bilir.
Elnur SALAHOV
"Ağdaş"dan qələbə
“Bir neçə məşqçi ilə danışıqlar gedir” - AFFA-dan açıqlama
"Füzuli" Göygöldə 3 xalı belə qazandı - Video
Kosta 100-dən çox insanı xilas etdi
"Şahdağ Qusar"ın 4 qolu - Video
İkiqat Avropa çempionu müharibədə həlak oldu
Tiaqo Silvanın yeni klubu rəsmiləşdi
"Şahdağ Qusar"dan darmadağın, "Füzuli" qalib gəldi
Şehiç milli karyerasını başa vurdu
Acun "Hall Siti"nin baş məşqçisini istefaya göndərdi
Poqba komediya filminə çəkildi
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
İngiltərə klubunun şikayəti rədd edildi
"Atletiko" Poçettino ilə danışıq aparır
"Real" - “Bavariya” oyununa hakim təyinatları açıqlandı
Luis Enrikedən iddialı açıqlama
U-17 millisi Türkiyəyə böyük hesabla uduzdu
"İnter"dən Lautaro Martinesin gələcəyi ilə bağlı açıqlama
"Səbail"in legioneri səhvi hakimdə yox, özlərində görür
"Bavariya" yeni mövsüm formasını təqdim etdi - Şəkil
PSJ Donnaruma ilə bağlı qərar verdi