Beylin zədəsi ciddi deyil

Beylin zədəsi ciddi deyil
DÜNYA FUTBOLU 8 Aprel 2015 / 19:54 3166
-  A +

"Real"ın futbolçusu Qaret Beyl bu gün tibbi müayinədən keçib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandasının dünənki məşqini yarımçıq tərk edən uelsli yarımmüdafiəçinin zədəsinin ciddi olmadığı müəyyənləşib. Onun adı bu gün "Rayo Valyekona"ya qarşı İspaniya La Liqasında keçiriləcək matç üçün heyətə daxil edilib.

Ancaq komandanın baş məşqisi Karlo Ançelottinin Çempionlar Liqasında "Atletiko" ilə oyun öncəsi Q.Beyli bir daha zədələnməsini istəmir. Bu səbəbdən italiyalı mütəxəssisin Q.Beylə "Rayo Valyekano"ya qarşı görüşdə şans verməyəcəyi gözlənilir.


Son xəbərlər