Türkiyə Superliqası: Altıntop "Tranzonspor"a 3 xal qazandırdı

Türkiyə Superliqası: Altıntop "Tranzonspor"a 3 xal qazandırdı
DÜNYA FUTBOLU 30 Oktyabr 2011 / 02:47 2717
-  A +

Ötən gün Türkiyə Superliqasında IX turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Səfərdə "Antalyaspor"un qonağı olan "Orduspor" görüşdən 1 xalla ayrılıb. Matçın 6-cı dəqiqəsində Bayrakın qolu ilə hesabda önə keçən "Orduspor" bu üstünlüyü əldən veriblər - 1:1.

Doğma azarkeşləri önündə "Samsunspor"u qəbul edən "Eskişehirspor" qələbəyə sevinib. Matçın 9-cu dəqiqəsində Potukun vurduğu qol oyunda yeganə olub və "Eskişehirspor" növbəti qələbəsini qazanıb.

Ötən turda səfərdə "Qalatasaray"ı 4:2 hesabı ilə məğlub edən "Qaziantepspor" doğma azarkeşləri önündə "Trabzonspor"la qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Halil Altıntopun vurduğu qol "Trabzonspor"a qələbə qazandırıb.

Qeyd edək ki, IX turun oyunları bu axşam və sabah keçiriləcək.

 

29 oktyabr

Türkiyə Superliqasında IX turun oyunları

"Antalyaspor" – "Orduspor" – 1:1
Qollar:
Bayrak, 6 (0:1), Boyraz, 75 (1:1)

"Eskişehirspor" - "Samsunspor" - 1:0
Qol:
Potuk, 9 (1:0)

"Qaziantepspor" - "Trabzonspor" - 0:1
Qol:
Halil Altıntop, 90 (0:1)



30 oktyabr

"Bursaspor" - "Manisaspor"

"Kayserispor" - "Qalatasaray"

"Beşiktaş" - "Sivasspor"

"Ankaragücü" - "İstanbul BB"

 

31 oktyabr

"Fənərbaxça" - "Karabükspor"

"Mersin İdmanyurdu" - "Gənclərbirliyi"


S

Komandalar

O

Q

H

M

Xal

1.

“Fənərbaxça”

8

5

3

0

18

2.

“Trabzonspor”

9

4

4

1

16

3.

“Orduspor”

9

4

4

1

16

4.

“İstanbul BB”

8

4

2

2

14

5.

“Qalatasaray”

8

4

2

2

14

6.

“Manisaspor”

8

4

2

2

14

7.

“Beşiktaş”

8

4

2

2

14

8.

“Bursaspor”

8

3

2

3

11

9.

“Eskişehirspor”

9

3

2

4

11

10.

“Gənclərbirliyi”

8

3

2

3

11

11.

“Sivasspor”

8

3

2

3

11

12.

“Kayserispor”

8

3

1

4

10

13.

“Mersin İdmanyurdu”

8

3

1

4

10

14.

“Antalyaspor”

9

2

4

3

10

15.

“Karabükspor”

8

2

2

4

8

15.

“Qaziantepspor”

9

2

2

5

8

17.

“Samsunspor”

9

1

4

4

7

18.

“Ankaragücü”

8

0

1

7

1



Son xəbərlər