Əgər bir obyektə qarşı aqressiya, hiddət, tənqid varsa, bundan qurtulmağın da bir neçə yolu var.
Ya həmin tənqidin mənbəyini məhv edib, daimi susduracaqsan, ya kompromisə gedib, razılaşacaqsan, ya başqasına yönləndirəcəksən, ya da həmin aqressiyanı bir neçə istiqamətdə şaxələndirib parçalayacaqsan, necə deyərlər özün üçün bufer zona, dalğaqıran yaradacaqsan.
Millinin Lüksemburqla oyununun elə ilk dəqiqələrindən bəlliydi ki, AFFA da, baş məşqçi də yaxşıca tənqid, hətta deyərdim linç olunacaqlar. Hər nə qədər sosial şəbəkələrdəki fikirlər, obyektiv jurnalistlərin yazıları ordakıların çox qulağına olmasa da, istənilən halda niyə könül bulansın axı?
Bu dəfə tənqiddən qaçış, tamamilə başqa istiqamətə yönəltmək, ya da mənbəni məhv etmək mümkün olmadığı üçün ən uyğun yol kimi tənqid hədəfini parçalamaq, şaxələndirib zəiflətmək yolu tutuldu.
Elə 25-ci dəqiqədə Mahir Emreli bu işdə birinci "könüllü" oldu. Oyun dayandığı vaxtda rəqibə zərbə vuran 10 nömrə birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu və onsuz da pis gündə olan yığmanı daha pis vəziyyətə saldı.
Oyunun sonrakı axarında nələr oldu, gördünüz, yazıb başınızı ağrıtmaq istəmirəm, amma görünür Emreli könüllü tənqid hədəfi olmaq istəyi kimlərisə qane etməyəcəkdi. Mahir kimi şıltaq, ərköyün futbolçu AFFA üzərindəki qara buludları dağıdacaq qədər güclü "top atəşi" olmayacaqdı.
Deməli hədəfə qoymağa daha ciddi, daha sanballı fiqur lazım olacaqdı.
Çox keçmədən, oyun bitən kimi o da öz ayağı ilə gəldi. Maksim Medvedevin məlum görüntülərinin bilərəkdən və ya bilməyərəkdən efirə verilməsi demək olar ki, AFFA üçün göydəndüşmə oldu. Sanki suda boğulan adama oksigen balonu uzatdın ki, al, bir az nəfəslən.
Açıqlamanın üstündən heç iki dəqiqə keçməmiş müxtəlif rıçaqlar vasitəsilə sözügedən görüntülər sürətlə servis edildi və bir anda hiddətlənmiş, əsəbi, aqressiv, milli komandamızın biabırçı oyunundan cana gəlmiş kütlə yönünü Maksimə çevirdi. Əlbəttə ki, bu işdə onlara əl altdan yön verənlər, sakitcə istiqamət cızanlar da var idi.
Mənim Maksimi müdafiə etmək fikrim yoxdu. Lüksemburqa uduzmuş yığmanın oyunçusu meydanda necə oynamağından asılı olmayaraq, oyundan sonra belə laubali şəkildə yanaşırsa, onun müdafiə ediləcək heç bir tərəfi qalmır.
Amma dərhal sonra aparılan kampaniya, Maksimin kapitanlığından tutmuş azərbaycanlılığına qədər sorğulanması onu göstərir ki, artıq lazım olan bufer zona hazır idi.
Təsadüfi deyil ki, oyundan bir neçə saat sonra De Byazinin bərbad heyət seçimi, meydana buraxdığı ilk 11-lik, meydanda nə etmək istədiyini və hansı taktika ilə oynadığını bilməməsi, oyuna müdaxilə bacarıqsızlığı, qaş düzəltdiyi yerdə vurub göz çıxardan əvəzetmələri yox, Maksimin kapitan olub-olmaması, bundan sonra onu kimin əvəzləməli olduğu müzakirə olunurdu.
Öz qapısına qol vuran "Neftçi"nin oyunçusu Anton Krivotsyuk yox, meydana voleybol oynamağa çıxmış "Səbail"li Adil Nağıyev yox, məhz kadrarxası uğursuz bir açıqlaması sürətlə gündəmə oturdulan Maksim hədəf taxtasına çevrildi.
AFFA-nın bir ətək pul töküb Azərbaycan pasportu verdiyi, amma dar məqamda millidən imtina edən Nazarov, Eddi, Əmir Ağayev və digərləri yox, bu ölkə futbolu üçün həmişə cani-dildən oynamış, ölkə adına əldə olunan 3-5 ciddi nəticənin əksəriyyətində imzası olan oyunçu "vurulur".
Yuxarıda da dediyim kimi, artıq tənqid hədəfi bölünmüşdü, iradlar təkcə birbaşa AFFA-ya, onun əndrəbadi oyun oynadan məşqçisinə deyil, Maksimə, dolayısı ilə "Qarabağ"a da yönəldiləcəkdi.
Millətlər Liqasının ilk mövsümünün sonuncu - Kosovo ilə oyununda da belə olmamışdımı?
Zaur XUDİYEV
sportinfo.az
Hara gedirsən, Benzia?
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi
"Napoli"də qalır
İçib klub direktorunu təhqir etdi, ağır cəza aldı
İspaniya millisinin üzvü 10 illik müqavilə bağladı
Juninyo yeni klub axtarışına çıxıb - İki təklif var
Bütün dəvətləri rədd etdi, amma...
Veşoviç: "Artıq "Qarabağ"da darıxırdım"
Remzinin yeni klubu rəsmiləşdi
Millinin keçmiş qapıçısı dünyasını dəyişdi
Eldor Şomurodov Türkiyə Superliqa klubuna icarəyə verildi
Azərbaycan klubuna yeni baş məşqçi təyin edilib
Şahruddin "Real" Madridə çağırış etdi - Video, Şəkil
Suares “İnter Mayami”dən gedir
Santuş Jotanın faciəvi ölümü haqda danışdı
Ağ Evdə UFC döyüşü keçiriləcək
"Milan"dan yeni transfer
Daha iki boksçumuz dünya kubokunun yarımfinalında
Fatih Terimi o əvəzlədi - Rəsmi
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
"Qəbələ" 19 yaşlı legionerlə müqavilə imzaladı
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu