AFFA İcraiyyə Komitəsi sabah Azərbaycan Premyer Liqasının hazırkı mövsümü ilə bağlı qərar vermək niyyətindədir. Bu günə olan yüksək ehtimal budur ki, mövsüm erkən bitiriləcək. PFL prezidenti Ramin Musayev bunu açıq şəkildə dilə gətirir.
Səbəb kimi son vaxtlar ölkədə koronavirusa yoluxanların statistikasının artması göstərilir.
Azarkeşlərin böyük bir hissəsi, eləcə də klubların yarısı (“Qarabağ”, “Zirə”, “Qəbələ”, “Sabah”) mövsümün davam etməsinə tərəfdardır və qərar verilərkən onların da rəyi mütləq nəzərə alınmalıdır. AFFA-ya yaxın “Neftçi”, “Səbail”, “Sumqayıt” və “Keşlə” isə rəhbərlik səviyyəsində yarışın davam etməsinə qarşı çıxır, məşqçi və futbolçular yox.
Faktiki olaraq hazırkı durumda AFFA koronavirusa yoluxma riskindən ehtiyat edərək, məsuliyyəti öz üzərindən uzaqlaşdırır. Elə buna görədir ki, Ramin Musayev bir neçə gün əvvəl klublara göndərdiyi məktubda yarana biləcək bütün problemlərə görə onlardan məsuliyyəti öz üzərlərinə götürməyi istəyir. Yəni biz sizin arxanızda durmuruq.
Futbol qurumlarının haqlı səbəbləri ola bilər. Yəni istənilən halda birinci yerdə insan sağlamlığı durur. Amma bu zaman AFFA İcraiyyə Komitəsinin çempionatın iyunun 21-də bərpasına dair əvvəlki qərarı unudulmamalıdır. Bir çox klub məhz buna güvənərək müqaviləsi yayda başa çatan futbolçularla əməkdaşlığı avqusta qədər uzadıb. Buna görə yetərincə pul da xərclənəcək. Bəs, çempionat davam etməyəndən sonra həmin pullar niyə boş-boşuna havaya sovrulmalıdır? Onsuz da Azərbaycan futbolunda çox az olan himayəçi iş adamlarının futbol həvəsi nə üçün belə sistemsiz qərarlarla azaldılmalıdır?
Gələk əsas məsələyə. Stadionlarımızı bu gün koronavirus mənbəyi hesab etmək olarmı?
Elə bugünlərdə klublarımızın keçirdiyi bir neçə yoxlama oyunu da təsdiqlədi ki, onlar matçları təhlükəsizlik şəraitində, karantin və epidemioloji qaydalara tam riayət etməklə təşkil edə bilirlər. Azarkeşlər oyuna buraxılmır, gigiyenik tələblərə riayət edilir, tələb edilən şəxslər maska taxır (meydandakı 22 futbolçu, hakimlər və baş məşqçilərdən başqa) sosial məsafə dəqiqliklə gözlənilir. Klublar koronavirus testindən keçirilib, nəticələr hamısı neqativ olub. Bundan sonra yenə də keçirə bilərlər. Yəni bu günə qədər klublarda koronavirusa yoluxma infeksiyası qeydə alınmayıb. Elə isə futbolun bərpasına icazə verilməsində də təhlükəli və qorxulu nəsə olmamalıdır.
Bu gün Avropanın bir çox ölkəsində (hansı ki, yoluxma statistikası indinin özündə də Azərbaycandan 5, 10 dəfə çoxdur) liqalar bərpa edilib. Hətta Ermənistanda belə. Və indiyədək futbolun bərpa olunması səbəbindən Avropanın heç bir liqasında koronavirusa yoluxma qeydə alınmayıb...
Deməli, hazırda azarkeşlərin iştirakı olmadan liqaları bərpa etmək mümkündür. Çünki gedişat göstərir ki, ciddi yoxlama və nəzarət olduqdan sonra futbol meydançaları virusyayıcı məkan ola bilməz. Belə bir problem yaransa, oyunu təxirə salmaq, yaxud, ümumiyyətlə, çempionatı dayandırmaq mümkündür.
Və sonda...
Hər gün avtobuslarda 30-40 adam maska taxmadan, sosial məsafə gözləmədən az qala bir-birinin ağzının içinə kimi girir. Amma bu potensial virus təhlükəsinin qarşısını alan yoxdur. 22 futbolçu isə açıq havada, qaydalara raiyət etməklə futbol oynamaq arzusundadır, amma AFFA çempionatı əngəlləmək istəyir.
Niyə və hanı məntiq?
Aydın BAĞIROV
"Milan"dan yeni transfer
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu
Şahruddin, neynirsən sən?! - Video
"Komo" almaniyalı vingerlə razılaşdı
Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi
"Napoli"dən La Liqaya
"Mingəçevir" iki futbolçusu ilə yollarını ayırdı
“Araz-Naxçıvan”ın "Aris"lə oyunlarının hakimləri
“Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri müəyyənləşdi
AFFA “Qəbələ”yə ayırdığı pulu açıqladı
"Beşiktaş" Türkiyə millisinin üzvü ilə müqavilə imzaladı
Asif Məmmədov məşqçiliyə başlayıb
UEFA-dan 1 dəqiqəlik sükut qərarı
"Milan" səfər formasını təqdim etdi - Şəkillər
"Daha iddialı olmağa çalışacağıq" - "Turan Tovuz"un kapitanı
AFFA-nın baş katibinə yeni müavin təyin olunub
Azərbaycan klubu 7 futbolçu ilə yollarını ayırdı
"Qarabağ" Avstriyada ilk məşqinə çıxdı - Şəkillər
Jotanın faciəvi ölümünə səbəb olan qəzanın - Təfərrüatları
"Kəpəz"in iki rəqibi açıqlandı
"Liverpul"un məşhur futbolçusu faciəvi şəkildə həlak oldu
Falkao klubsuz qaldı
Azərbaycanın millisi Avropa ikincisi oldu
Avropa kubokunda iştirak edəcək cüdoçularımız kimlərdir?
"Mançester Siti" axtardığını tapdı
"Qalatasaray"dan ayrılan Keremin yeni klubu açıqlandı
İmmobile "Beşiktaş"ı bu kluba dəyişdi
"Qarabağ" Avstriyadadır - Şəkillər
"Çelsi" 70 milyonluq transferini açıqladı
A seriyası klubunda yeni baş məşqçi
Brantueytlə yeni müqavilə imzalandı