“Milan”da üç nəfər koronavirusa yoluxdu

“Milan”da üç nəfər koronavirusa yoluxdu
DÜNYA FUTBOLU 8 May 2020 / 10:56 2591
-  A +

Koronavirus testlərindən keçən “Milan”da üç nəfərin pandemiyaya yoluxduğu məlum olub.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, son testlərdən üçünün nəticəsi müsbət çıxıb. Onların arasında futbolçuların olub-olmaması haqda isə məlumat verilməyib.

Qeyd edək ki, “Fiorentina” və “Sampdoriya”da da yeni yoluxma faktı qeydə alınıb. Hər klubun üç futbolçusunda pandemiya aşkarlanıb.

Son xəbərlər