UEFA Çempionlar Liqasında “Qarabağ”ın 4-cü turdakı rəqibi olan “Çelsi” Premyer Liqanın 10-cu turunda səfərdə “Tottenhem”ə qalib gəlib - 1:0.
QOL.az “Football London” saytına istinadla xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Çelsi”nin baş məşqçisi Enzo Mareska matçla bağlı fikirlərini bölüşərkən müdafiəyə diqqət yetirməli olduqlarını vurğulayıb:
“Üç xal qazanmağımızdan razıyam. Xüsusilə də qapımızda qol buraxmadığımız üçün. Bu, gələcək üçün vacib idi. Biz qol vuracağıq, amma müdafiədə daha yaxşı oynamalıyıq.
Düşünürəm ki, oyunumuz həm topa sahib olanda, həm də onsuz çox yaxşı idi. Təzyiq etmə tərzimiz çox vacib idi. “Liverpul”la oyunda da bu baxımdan çox yaxşı idik. Əgər zirvəyə yaxınlaşmaq istəyiriksə, bu, zəruridir. Həmişə qollar lazımdır, amma eyni zamanda mümkün qədər az qol buraxmaq da vacibdir”.
O, futbolçusu Moyzes Kaysedonun oyunu barədə suala belə cavab verib:
“Moyzes nə qədər yaxşı olduğunu göstərir. O, TOP səviyyəsindədir. Onun ən böyük üstünlüyü sadəliyidir - çox yaxşı insandır və hamıya kömək etməyə hazırdır. O və Rodri dünyanın ən yaxşı dayaq yarımmüdafiəçiləridir”.
Baş məşqçi matçda yeganə qolun müəllifi Joao Pedronun qolu barədə isə deyib:
“Joao heç vaxt problem olmayıb. Onun problemi ondadır ki, müəyyən fiziki çətinliklərə görə hər gün məşq edə bilmir. Buna görə də hər oyuna 100 faiz hazır olmur. Joao qollar vuracaq. “Liverpul”la matçda çox, çox yaxşı idi. İndi Liam Delap geri döndüyü üçün daha çox variantımız var. Biz Kol Palmersiz və iki ay Liamsız oynamışdıq. Bizə hücumçular lazımdır”.
Xatırladaq ki, “Qarabağ” - “Çelsi” matçı noyabrın 5-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və yerli vaxtla saat 21:45-də başlanacaq.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı
"Şamaxı"dan ayrılan futbolçu "Sabah"da
Türkiyə pley-off şansını belə itirdi - Video
Montelladan məğlubiyyət şərhi
Braziliyanın Haitiyə vurduğu 3 qol - Video
Canlı yayımda ağladı, təsirli çıxış etdi - Video
Çalhanoğlu üzr istədi
Türkiyəyə qol vurdu, ən yaxşı seçildi
Türkiyə istədi, bayraq yerə qoyulmadı
Seneqal millisində böhran
ABŞ millisindən son 96 ilin ən yaxşı nəticəsi
Ardıcıl ikinci dəfə matçın ən yaxşısı seçildi
Şotlandiya - Mərakeş: Heyətlər açıqlandı
ABŞ millisi ardıcıl ikinci qələbə ilə "pley-off"da
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video