"Əslində əvvəldən elə düşünürdüm ki, karantinin bitmə vaxtı dəqiqləşməli və ondan sonra plan tərtib olunmalı, fikir bildirilməlidir. Peşəkar Futbol Liqasının klublara mayın 5-dən məşqlərə başlayacaqlarını və çempionatın təxmini nə vaxt bərpa olunacağını söyləməsi məni bir qədər təəccübləndirdi. Belə başa düşürəm ki, məsləhətləşiblər və ya əllərində bu cür məlumat var ki, qərar verirlər. Dəqiq bilinmirsə, təxmini məlumat verməyin nə mənası var? Çünki bir ay gözləmişdilərsə, yenə gözləyə bilərdilər".
Bu sözləri futbol agenti Səbuhi Səfiyarlı Azərbaycan Premyer Liqasının aqibəti barədə danışarkən deyib.
Keçmiş klub rəsmisi planlarda dəyişikliyin baş verməsinin mümkünlüyünü vurğulasa da, hələ dəqiq heç nəyin bilinmədiyini sözlərinə əlavə edib: "Hazırda nə isə demək çox çətindir. Amma ehtimal etsək ki, komandalar mayın 31-dək məşqə çıxmayacaqlar, ondan sonra mövsümü başa vurmaq çox çətin olacaq. Mayın 31-də məşqlərə başlasalar, futbolçulara hazırlıq prosesi üçün minumum 3 həftə lazım olacaq. Qış transfer fasiləsində də hazırlıq üçün bu qədər müddət verilir, amma həmin vaxt oyunçuların istirahət müddəti az olur, cəmi 15-20 gün dincəlirlər. Onlar tətildə olsalar belə, aktiv həyat yaşayırlar. Amma indiki halda hamısı evdədir, sadəcə, məşqlər edirlər. Bu da onların fiziki durumuna əvvəlki kimi təsir etmir. Bu səbəbdən, 3 həftə də hazırlıq üçün bəs etməyə bilər".
Səfiyarlı belə olacağı təqdirdə, çempionatın iyunun sonunda başlaya biləcəyini söyləyib: "Onda çempionat iyulun sonu və ya avqustda bitə bilər. Bilmirik ki, UEFA avrokuboklarda yeni mövsümü nə vaxt başlamaq istəyir. Hələ mən isti hava ehtimalından danışmıram, axşam saat 9-da da oynamaq olmur. Çempionat gec bitsə, transfer və müqavilə məsələləri də olacaq ki, bunları da həll etmək lazımdır. Transferləri avqust-sentyabra çatdırmaq mümkün olmayacaq. Hələ yeni mövsüm də başlamalıdır. Onun da startı sentyabrın sonu və ya oktyabra qədər gedib çıxacaq. Bütün planlar qarışacaq. Mayın 11-ni gözləmək lazımdır, məhz həmin gün bəzi Avropa ölkələrində karantinin yumşalma ehtimalı var. Bizdə də bəzi yumşalmalara gedilsə və klubların məşqinə icazə verilsə, onda bəlkə nəsə çatdırmaq olar. Mayın sonuna qalacaqsa, mövsümü davam etdirməyə ehtiyac olmayacaq".
Keçmiş menecer bildirib ki, məşqə mayın 31-də başlamaqdansa, mövsümü yekunlaşdırmaq daha yaxşı olar: "Bizim çempionatda bir mübahisəli məsələ var: Avrokuboklara vəsiqə qazanan 4-cü komanda kim olacaq? "Qarabağ"ın çempionluğuna heç kim etiraz etməz, daha doğrusu ədalət pozulmaz. İkinci "Neftçi" və üçüncü "Keşlə" olsa, yenə düzgün qərar olar. Çünki müəyyən xal fərqi ilə irəlidədirlər. Həm də ikinci və ya üçüncü yeri tutmağın əhəmiyyəti yoxdur, çünki hər ikisi avrokuboklara eyni mərhələdən başlayır. Sadəcə, 4-cü vəsiqəyə iddia edən neçə komanda var. Ölkə kubokunun yarımfinalında olanları da bura aid etməliyik. Mövsüm tez yekunlaşsa, 4-cü vəsiqənin sahibi mübahisəli məsələ olacaq".
Səfiyarlı FIFA-nın təklif etdiyi "yaz-payız" sxeminin Azərbaycan çempionatına uyğun olub-olmadığı barədə isə bunları deyib: "Bizdə çox uzun illər əvvəl belə çempionat olub. Qazaxıstanda, şimalda və Skandinaviya ölkələrində bu sistemlə oynayırlar. Çünki onlar martda başlayır və noyabrda bitirirlər. Yəqin ki, bu mövsümü uzadıb, noyabrda yekunlaşdırmaq istəyirlər. Çünki Çempionlar Liqası, Avropa Liqası biz deyən kimi iyul, avqustda bərpa olunsa, oktyabr-noyabrda bitəcək. Sonra isə yeni mövsüm martda başlayacaq. Azərbaycan tarixində də qısa çempionat olub. Səhv etmirəmsə, bu, 1993-cü ildə baş tutub".
İstənilən halda, futbol agenti mövsümü yekunlaşdırmağın mümkünlüyünü vurğulayıb: "FIFA-nın irəli sürdüyü təklifi inanmıram ki, qəbul etsinlər. Onda da çox şey qarışacaq və yayda oynamağa məcbur qalacaqlar. Ölkələrin çoxunda isə bu, mümkün deyil, öyrəniblər ki, yayda tətilə getsinlər. Şimal ölkələri ona görə edirlər ki, qış onlarda çox sərt keçir, oktyabrdan sonra oynamaq çətindir. Bizim ölkədə yayda 40 dərəcədə futbol oynamaq mümkünsüzdür, Avropa ölkələri bunu qəbul etməz. Bu qədər hadisələrin içində bir mövsüm yarımçıq qalsa, heç nə olmaz".
Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. Peşəkar Futbol Liqası daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.(Report)
Deşam Bakıdakı qələbədən və “Qarabağ”dan danışdı
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu
"Böyük klublarda oynamağı arzulayıram"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
"Millimizin nəticələrindən razıyıq"
"Barselona" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər
Portuqaliya Ronaldosuz ikinci dəfə tarixi nəticə əldə etdi
Deşam Azərbaycanla oyunda start heyəti tamam dəyişdi
Portuqaliya Ermənistanı darmadağın etdi - 9 qollu qələbə
Azərbaycan - Fransa oyununun heyətləri açıqlandı
Hakan Çalhanoğlu Türkiyə millisinin heyətindən çıxarıldı
“Mançester Yunayted” gənc portuqaliyalıya göz dikdi
“Barselona”nın gənc ulduzu Avropa klublarının hədəfində
Haaland Norveç millisindəki oyunundan danışdı
“Mən həmişə bütün oyunlarımı izləyirəm"
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
Advokat vacib oyun ərəfəsində millinin düşərgəsini tərk etdi
Cəbəllütariq - Azərbaycan oyununun hakimləri açıqlandı
Azərbaycanlı hakim İngiltərənin oyununu idarə edəcək
"Ayaks" üçün Bakıya xeyli sayda azarkeş gələcək
Juninyo 7 aylıq fasilədən sonra qol vurdu - Video
Messi Ronaldonun rekordunu təkrarladı
Azərbaycan - Fransa matçını yayımlayacaq kanal
İspaniya millisindən məğlubiyyətsizlik rekordu
Azərbaycan - Fransa matçının bütün biletləri satılıb
Türkiyə üçün vacib qələbə - Video
İspaniya Gürcüstana, İsveçrə İsveçə qalib gəldi
Türkiyə millisi pley-offa vəsiqəni təmin etdi - DÇ-2026
"Yamalın böyük gələcəyinin olduğunu düşünürəm"
Estevao Villian “Çelsi”də özünü xoşbəxt hiss edir
Coşua Zirkze “Roma”ya keçə bilər
Millimizin Fransa ilə oyunöncəsi açıq məşqi - Şəkillər
İbrahima Konate: “Komandada qalmağım hələ ki dəqiq deyil"
"Liverpul"un sahibləri yeni klub axtarışında
Azərbaycan millisi Şimali İrlandiyaya məğlub oldu
İtaliya millisi Norveçlə matça itki ilə çıxacaq
"Qalatasaray" Barış Alper Yılmazı göndərməyə hazırlaşır