“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirir.
Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində məskunlaşdığı otelin stadionunda bu gün məşqə çıxıb. Səhər məşqində futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzunun rəhbərliyi altında fiziki yükləmələri yerinə yetiriblər. Daha sonra standart vəziyyətlər və qısa ötürmələr üzərində işləyiblər.
Qeyd edək ki, təlim-məşq toplanışında komandanın iki aparıcı üzvü – Stiven Jozef-Monroz və Dario Frederiko iştirak etmirlər. Monroz sənəd probleminə görə hələ ki düşərgəyə qoşula bilməyib. Dario isə hazırlığını Bakıda – “Neftçi-2”nin heyətində davam etdirir.
Qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran “Neftçi” Bakı vaxtı ilə sabah saat 17:00-da Polşanın “LKS Lodz” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” yanvarın 20-si Ukraynanın “Dinamo” (Kiyev), 24-ü isə “Desna” klubu ilə də üz-üzə gələcək.
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti