"Qarabağ" hazırlığa başladı

"Qarabağ" hazırlığa başladı
ÖLKƏ FUTBOLU 7 Yanvar 2020 / 19:00 2693
-  A +

“Qarabağ”da istirahət bitib.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda bu gün bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb.

Qeyd edək ki, Premyer Liqanın lideri yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında “Qarabağ” 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.

Yanvarın 26-sı isə “Qarabağ” Bakıya dönərək fevralın 2-si “Səbail"lə keçiriləcək matçın hazırlıqlarını burada davam etdirəcək.

Daha çox


Son xəbərlər