“Bu hesab işimə mənfi təsir göstərməyəcək” - Zaur Həşimov

“Bu hesab işimə mənfi təsir göstərməyəcək” -  Zaur Həşimov
ÖLKƏ FUTBOLU 20 Oktyabr 2019 / 19:20 2193
-  A +

“Oyun göz qabağındadır. “Neftçi” bizdən üstün idi və bu da nəticədə özünü göstərdi”.

Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin yeni baş məşqçisu Zaur Həşimov Premyer Liqanın 8-ci turunda bu gün “Neftçi”yə uduzduqları görüşdən sonra mətbuat konfransında deyib.

O, 0:3 hesablı məğlubiyyi şərh edərkən ruhdan düşməyəcəklərini bildirib: “İlk iki qolu uğursuz buraxdıq, bu da komandaya təsir etdi. Ümumən, “Neftçi” layiqli qələbə qazandı. Ancaq biz də təslim olmayacağıq. Vəziyyəti düzəltmək üçün çalışacağıq.

Bu hesab mənim işimə mənfi təsir göstərməyəcək. Əlimi aşağı salmayacam, əksinə, daha artıq işləyəcəyik. Dayanmaq olmaz, davam etmək lazımdı, edəcəyik də”.

Daha çox


Son xəbərlər