“Araz”ın qapıçısı Rövşən Hüseynli futzal üzrə UEFA Çempionlar Liqası çərçivəsində Belçikanın “Halle - Gooik” klubuna 1:5 hesabı ilə uduzduqları oyundan sonra Azərbaycan Futzal Federasiyasının saytına müsahibə verib.
- Hadisələrin axarı gözlənilməz olmadı, deyə bilərikmi?
- Əlbəttə, heyətlə bağlı çatışmazlığımız var idi. Altı oyunçu ilə bu cür turnirdə iştirak etmək çox çətindir. Bugünkü oyun bunu bir daha göstərdi. Sona yaxın yorğunluq hiss olundu. Meydana ehtiyatla çıxmışdıq. Baş məşqçi əsasən 5-in 4-ə oynatmağımızı tapşırdı.
- Baş məşqçinin komandanın gücünü nəzərə alıb bu cür addım atdığını düşünmürsən?
- Təbii ki, o bunu fikirləşdirdi. Çünki bu matçın ertəsi daha ağır oyunumuz olacaq. Cəmi bir günlük fasilədən sonra turnirdə növbəti qarşılaşmaya çıxacağıq. Ardıcıl oyunlar keçirmək çox çətindi. 5-in 4-ə də topu özümüzdə daha çox saxlamağı düşündük. Oyun başladıqdan sonra gedişat göstərdi ki, onlarla elə 4-ün 4-də oynamaq da mümkün idi. Bəzi epizodlar oldu ki, səhvlərimizdən qollar buraxdıq.
- Eyni sayda oyunçu ilə meydana çıxsaydınız, sona qədər mübarizə aparmağa hazır idimi komanda yoldaşların?
- Birinci hissəni 4-ün 4-ə oynamaq mümkün idi. Fasilədən sonra isə iki-iki dəyişiklik etmək, istirahət üçün şərait yaratmaq olardı. Baş məşqçinin seçdiyi taktika da düzgün idi. Ancaq risk etmək olardı. Çünki rəqib də pressinq tətbiq edən zaman öz ərazisindən çıxmaqda çətinlik çəkirdi.
- “Benfika” ilə oyun daha çətin keçəcək...
- Çox çətin olacaq. Bugünkü oyunda Ramizlə Xətai çox az əvəzləndirlər. Təxminən 36-38 dəqiqə meydanda oldular. Üstəlik, dünən də uzun məsafə qət etmişik. “Benfika”nın gücü, heyəti məlumdur. Onları çox tərifləməyə ehtiyac da yoxdur.
- “Benfika” ilə oyunda gücü qoruyub, son oyunda mərhələnin taleyini həll etmək mümkündürmü?
- Oyundan indi çıxmışıq. Baş məşqçi hələ bir söz deməyib. Fikrimcə, o da belə düşünəcək. Yəqin ki, yenə 5-in dördə oynayacağıq. Belə oyun zamanı mütləq qol vurmalı, topa daha çox hakim olmalıyıq. Son oyunu daha çox düşünərək gücümüzdən elə istifadə etməliyik ki, istədiyimiz nəticəni əldə edə bilək.
Türkiyə Belçikaya məğlub oldu
“Lixtenşteyndə qələbə qazanmaq istəyirik” - Toral Bayramov
Sneyder bu kluba baş məşqçi təyin olundu
Faciəli hadisədən sonra karyerasını bitirə bilər
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
Rafinyanın yorucu futbol marafonu başlayır
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Keyn millinin gələcək kapitanından danışdı
Vernidubun futbolçusuna verdiyi gözlənilməz dərs
Muslera karyerasını başa vurur?
“Real”ın futbolçusu azarkeşlərə pul payladı - Video
İngiltərə Premyer Liqasında günün ikinci baş məşqçi ayrılığı
Azərbaycan boksçusu Olimpiya 2-cisi oldu
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
Tuhel klub məşqçiliyinə qayıtmaq istəyir
Avropanın TOP klubları gürcü futbolçu üçün mübarizədə
Nə qələbə var, nə heç-heçə, nə hücum var, nə müdafiə...
Runi məşhur realiti-şouya qatılacaq
Hakimi təhqir edən baş məşqçi və futbolçunun cəzası bilindi
“Barselona” azarkeşlərinə “Kamp Nou”da əbədi yer ayırır
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Zidan “Yuventus”un baş məşqçisi olmaq istəyir
Millimizin üzvləri arasında maraqlı yazışma
Ronaldo yeni serialını çəkməyə başladı
Oteldə məşhur idmançılar arasında kütləvi dava - Video
ABŞ dünya çempionatından imtina etdi
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı
“İnfantino psixiatriya şöbəsinə göndərilməlidir” - Blatter
Qvardiola ABŞ millisində?
Azərbaycan şahmatçısı Avropa çempionu oldu
“Kristal Pelas”ın baş məşqçi namizədi bəlli oldu
“Roma” ona daha az maaşlı müqavilə təklif edir
Millinin baş məşqçisinin mətbuat konfransı ləğv olundu
Haaland yığmanın məşqinə qoşulmadı
“Real”ın səhmlərinin bir hissəsi satışa çıxarıla bilər
“Mourinyo daha təmkinli olub”
PSJ “Borussiya”nın qapıçısı ilə maraqlanır
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
Mbappe ilə Zidan arasında fikir ayrılığı var?
Lukaku Türkiyə millisi ilə matçı buraxacaq
La Liqada bunu bacaran 20-ci komanda oldular
"Mançester Yunayted" Poçettino ilə razılaşdı
"İndi millidə bir mövqeyə ikinci futbolçunu tapmaq çətindir"
2-ci liqada 11-ci turun oyunlarının vaxtı bilindi
"Latsio"da yeni müqavilə