"Qarabağ"dan ayrılan futbolçu karyerasını bitirir

"Qarabağ"dan ayrılan futbolçu karyerasını bitirir
ÖLKƏ FUTBOLU 16 May 2019 / 11:30 4877
-  A +

Mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak karyerasını bitirə bilər.

Qol.az-ın Polşa mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə 32 yaşlı müdafiəçi şəxsi "Tvitter" səhifəsində məlumat verib. Təcrübəli futbolçu bu barədə dostuna söz verdiyini bildirib:

"Dostuma demişdim ki, "Pyast" çempion olsa, karyeramı bitirəcəyəm. Bəlkə də artıq vaxtı çatıb".

Qeyd edək ki, Polşa çempionatına 69 xalla turnir cədvəlinə başçılıq edən "Pyast" ən yaxın izləyicisi "Legiya"nı 2 xal qabaqlayır. Qlivitse təmsilçisi son turda evdə "Lex"i məğlub etsə, digər görüşün nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə çempion olacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı