Ruslan Qurbanov "Səbail"dən gedir - açıqlama

Ruslan Qurbanov "Səbail"dən gedir - açıqlama
ÖLKƏ FUTBOLU 8 May 2019 / 20:30 4673
-  A +

Millimizin futbolçusu Ruslan Qurbanov bu mövsümün sonu “Səbail”dən ayrılacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə o, özünün "Feysbuk" səhifəsində yazıb. 27 yaşlı hücumçu artıq yeni klubla danışıqlar apardığını bildirib:

“Səbail”in bütün əməkdaşlarına keçirdiyim bir il üçün təşəkkür edirəm. Həmçinin demək istəyirəm ki, bu klubda qalmayacam. Hələlik gipsdən azad olmağa çalışıram və yeni komanda ilə danışıqlar aparıram. “Səbail”ə isə Avrokuboklarda uğurlar arzulayıram. Bu qərarı vermək çətin idi, amma mənim üçün əsas məsələ futbol oynamaqdır”.

Daha çox


Son xəbərlər