"Zirə"nin müdafiəçisi Adrian Skarlatake Qol.az-a müsahibə verib. Ölkə kubokunda finala çıxa bilməmələrinin səbəblərindən danışan rumıniyalı futbolçu komandadakı gələcəyinə də toxunub.
- Bir qədər əvvələ qayıdaq. Kubokun yarımfinalında "Sumqayıt"ı keçə bilmədiniz. Sizcə, finala çıxmağınıza nə mane oldu.
- Məncə, biz hər iki oyunda rəqibdən üstün oynadıq və finala çıxmağa layiq idik. Sadəcə, evdə keçirdiyimiz cavab matçında bəxtsizlik yaşadıq. Fərdi səhvlərdən sonra erkən qollar buraxdıq. Bir az da təcrübəsizliyin qurbanı olduq. 0:3-dən sonra geri dönmək çox çətin idi. Bu, bizə dərs olsun. "Sumqayıt" buna qədər son 3 oyunda bizə bir qol belə vura bilməmişdi.
- Necə düşünürsünüz, buraxılan qollar yalnız müdafiəçilərin səhvi idi?
- Əlbəttə ki, elə deyil. Əgər qol buraxırsınızsa, bunun günahı bütün komandadadır. Ancaq futboldur. "Sumqayıt" qapıya doğru 3 zərbə vurdu, üçü də qol oldu.
- Son dəqiqələrdə hesabı bərabərləşdirsəniz də, bundan artığına gücünüz çatmadı. Oyun daha 5-10 dəqiqə davam etsəydi, qələbə qolunu vura bilərdiniz?
- Əminəm ki, oyun daha 5 dəqiqə davam etsəydi, 4-cü qolu da vura bilərdik. Sumqayıtda keçirilən ilk matçda 1 qol vura bilsəydik, evdə bizə daha rahat olardı.
- Kuboka görə çempionatı ikinci plana atmışdınız. Əsas hədəfiniz finala çıxmaq, daha sonra isə kuboku qazanıb, Avropa Liqasına vəsiqə əldə etmək idi. Bu məğlubiyyət komandaya necə təsir etdi?
- Bəli, avrokuboklara getmək baxımından son şansımız idi. Çox üzgünük. Bu da normal haldır. Mən özümlə bağlı da eyni şeyləri deyə bilərəm. Son 2 mövsümdə Avroliqanın təsnifat mərhələsində oynamışam. Bəxtimiz gətirmədi.
- Kubokdakı uğursuzluğa baxmayaraq, Premyer Liqanın son turunda "Keşlə" üzərində inamlı qələbə qazandınız. Deyəsən, Samir Abasov komandanı psixoloji gərginlikdən çıxara bilmişdi...
- Hə, bu oyun bizim üçün çox vacib idi. Qələbə sayəsində turnir cədvəlində "Sabah"ı keçdik. Çempionatı elə 5-ci pillədə də tamamlamaq istəyirik.
- Uzun illər "Keşlə"nin formasını geyinmisiniz. Sabiq komandanıza qarşı oynamaq necə hissdir?
- "Keşlə"də yaxşı vaxtlarım olub. Orada hamı ilə əla münasibətim var. Onların vəziyyətinə görə təəssüflənirəm. Ümid edirəm ki, gələn il daha yaxşı olacaqlar.
- Son oyundan sonra Samir Abasov ad çəkməsə də, komandadan göndəriləcək 3-4 futbolçunun müəyyənləşdiyini bildirmişdi. Sizcə, Skarlatakenin adı da o siyahıda ola bilər?
- Bu haqda heç nə bilmirəm. Samir müəllim hər şeyi daha yaxşı bilir. Baş məşqçini başa düşürəm, əsəbidir. Ancaq inanmıram ki, o sözləri mənim üçün desin. Düşünürəm ki, bu il "Zirə"də yaxşı oynadım. Yalnız kubok oyununda uğursuzluq yaşadıq. Çünki bütün ümidlərimizi kuboka bağlamışdıq.
Elnur SALAHOV
Sumqayıtdakı qol şousu, qırmızı vərəqə, penalti - Video
Qurban Qurbanovdan “Bu Şəhərdə”nin səhnəciyinə münasibət
"Qarabağ"ın hakim köməyinə ehtiyacı yoxdur" - Saşa İliç
"Arada hirslənmək lazımdır" - Qurban Qurbanov
FİFA Ronaldoya görə posteri dəyişdi
"Qarabağ" "Sumqayıt"a, "Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat
"Səbail"in xal itkisi - Video
Flik Messinin "Barselona"ya mümkün qayıdışı haqda
FİFA Türkiyə klubunu cəzalandırdı
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc medal
"Sumqayıt" - "Qarabağ": Heyətlər
Yevlaxda vurulan qollar - Video
"Sonuncu pillədən qurtulmaq şərt deyil" - Azər Bağırov
"Səbail" "Baku Sportinq"lə heç-heçə etdi
Azərbaycan millisi Banqladeşə bu heyətlə gedir
Azərbaycan Premyer Liqasında qəribə olay - Video
“Sumqayıt” - “Qarabağ” oyununun biletlərinin çoxu satılıb
Di Mariyanın komandası çempion oldu
Yevlaxda heyətlər açıqlandı
"Yuventus"da ciddi itki
Təxirə salınmış "Sabah" - "Qarabağ" matçının vaxtı bilindi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Avropa çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək
"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş etdi
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı açıqlandı
40 yaşında futbolla vidalaşdı
Millimiz qızıl medal qazandı
Güləşçilərimizdən İslamiadada daha 3 medal