Ramil "qırmızı" aldı - Yenilənib

Ramil "qırmızı" aldı - Yenilənib
ÖLKƏ FUTBOLU 28 Aprel 2019 / 19:22 4745
-  A +

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” bu gün Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, Samara təmsilçisi 26-cı turda səfərdə “Zenit”in qonağı olub. Qarşılaşma Sankt-Peterburq təmilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətdə başlayan Ramil 40-cı dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb. Məhz onun pasından sonra komanda yoldaşı Serqey Tkaçuk rəqib qapısına yol tapıb. Şeydayev 78-ci dəqiqədə isə kobud oyuna görə ikinci sarı vərəqə alaraq, meydandan qovulub.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 57-yə çatdıran "Zenit" liderliyini qoruyub. "Krılya Sovetov" isə 27 xalla 13-cüdür.

Son xəbərlər
02.06.25  15:06

Neymar əsəbiləşdi

02.06.25  11:52

Ən məhsuldar final

02.06.25  10:49

Kubokun 10-cu sahibi

01.06.25  23:05

Dembele 1-ci oldu