"Neftçi" ilə oyunöncəsi üç itki

"Neftçi" ilə oyunöncəsi üç itki
ÖLKƏ FUTBOLU 18 Aprel 2019 / 12:50 2068
-  A +

Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə "Neftçi"ni qəbul edəcək "Sabah"da 3 itki var.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, debütantın heyətində Məqsəd İsayev, Elgün Nəbiyev və Vadim Abdullayev sabahkı görüşdə "ağ-qaralar"a qarşı oynamayacaq. Hər üç futbolçu sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh