19 yaşadək futbolçulardan ibarət yığmamız bu gün Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
Qol.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv ilk sınağında İsrail seçməsi ilə qarşılaşıb. Görüş komandamızın 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qrupumuzn digər oyununda isə Gürcüstan və Lixtenşteyn yığmaları üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, seçmə mərhələnin oyunları Gürcüstanda keçirilir. Hər qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək.
Xatırladaq ki, Avropa çempionatının final mərhələsi Ermənistanda keçiriləcək.
Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup
1-ci tur
14 noyabr
14:00. Azərbaycan – İsrail - 1:4
Qollar: Emil Qasımov, 82 - Məhəmməd Kanaan, 9, Şadi Masarva, 28, Bar Arad, 56, 64
Hakimlər: Erik Lambrext, Karel De Roker (hər ikisi Belçika), Giorgi Elikaşvili (Gürcüstan)
Tiflis, Mixail Mesxi adına stadion.
"Çelsi" Kellimanı satdı
Savinyo “Tottenhem”də
“Karvan-Yevlax”dan növbəti transfer
“Qarabağ”la oyun öncəsi “Tvente”də yeni müqavilə
Stadionda xaos: oyun 50 dəqiqə dayandırıldı - Şəkillər
Azərbaycan millisi Rumıniyanı da məğlub etdi
Şeydayev oynadı, komandası qalib gəldi
“Sabahkı oyunu səbirsizliklə gözləyirik” - Velko Simiç
“Çelsi” 3 dəfə təklif göndərdi, rədd cavabı aldı
Misli Premyer Liqasında 3-cü turun təqvimi
“Karvan-Yevlax” portuqaliyalı futbolçu transfer etdi
Son matçlarında huşunu itirən futbolçudan xəbər var
La Liqa klubundan sərt reaksiya
"Mançester Siti" Enzo Fernandeşin transferini bitirir