"Qarabağ"da növbəti ayrılıq - İlqar da getdi

"Qarabağ"da növbəti ayrılıq - İlqar da getdi
ÖLKƏ FUTBOLU 20 May 2017 / 13:49 6468
-  A +

“Qarabağ”dan ayrılan növbəti futbolçunun adı məlum olub. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müdafiəçi İlqar Qurbanovla yollar ayrılıb.

İlqar Qurbanov 2011-ci ildən etibarən “Qarabağ”ın şərəfini qoruyub.  O, bu müddıtdə 144 dəfə meydana çıxıb və 6 qol vurub.

Ağdam klubu futbolçuya komandada göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, İ.Qurbanovun Ağdam klubu ilə müqaviləsi 2016/17 mövsümünün sonu başa çatıb.

Xatırladaq ki, bundan öncə "Qarabağ" Vüqar Nadirov və Boyan Şaranovla da yolları ayırmışdı.

Daha çox


Son xəbərlər