“Qəbələ” Topaz Premyer Liqasının 2016/17 mövsümünün startdakı 5 oyununda qol buraxmayan yeganə komandadır.
Qol.az-ın PFL-in rəsmi saytına istinadən xəbər verir ki, III turdan təxirə salınan “Sumqayıt”la oyununda 2:0 hesabı ilə qələbə qazanan “qırmızı-qaralar” son 6 mövsümdə belə starta imza atan ilk klub olub.
Belə ki, ölkə çempionatları tarixində startdakı 5 matçda qol buraxmayan sonuncu komandaya 2010/11 mövsümündə təsadüf olunmuşdu. 6 il əvvəl bunu gerçəkləşdirən “Xəzər Lənkəran” idi.
Ümumiyyətlə, “Qəbələ” ölkə çempionatlarının 24 illik tarixində 6-cı belə seriyanın müəllifi oldu ki, ilk 5 matçda qol buraxılmasın. Bunu ilk reallaşdıran “İnşaatçı” olubsa, “Xəzər Lənkəran” 2 dəfə bacaran yeganə komandadır. Lakin “Qəbələ” qol buraxmadan start götürən komandalar arasında ən məhsuldarı olub - 15 top.
1993/94. “İnşaatçı” B - 2 qələbə, 3 heç-heçə, top fərqi - 2:0
1995/96. “Xəzri” - 5 qələbə, top fərqi - 7:0
1998/99. “Dinamo” - 4 qələbə, 1 heç-heçə - 8:0
2007/08. “Xəzər Lənkəran” - 5 qələbə, top fərqi - 12:0
2010/11. “Xəzər Lənkəran” - 4 qələbə, 1 heç-heçə, top fərqi - 7:0
2016/17. “Qəbələ” - 4 qələbə, 1 heç-heçə, top fərqi - 15:0
Xatırladaq ki, ötən mövsümün son iki oyununda da qol buraxmayan “Qəbələ”nin seriyası ümumilikdə 7 matçı əhatə edir.
Komandanın qapıçısı Dmitri Bezotosnı isə 688 dəqiqəlik “quru” seriya ilə “660” səddini adlayan qolkiperlərdən təşkil olunan İFFHS-in cədvəlinə layıq nəticə göstərib.
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi