"Bu, bizim üçün Avropada debüt oyunu idi. Bu gün qalib gəlsək də, istədiyimiz kimi çıxış etmədik. Çalışacağıq Moskvada daha məzmunlu oyun sərgiləyək".
Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Dinamo”nun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Sergey Çikişev UEFA Gənclər Liqasının Çempionlar yolunda “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.
Oyunsonrası mətbuat konfransında Çikişev “Qəbələ” haqda bunları söyləyib:
“Qəbələ”nin oyununu bəyəndim. Onu da qeyd edim ki, komandanın gözəl infrastrukturu var. Bu, güclü futbolçuların üzə çıxmasına zəmin yaradacaq. Etiraf etmək istəyirəm ki, “Qəbələ” Akademiyasının şəraiti bizimkindən qat-qat üstündü. Bizdə yeni stadionun təmirinə start verilib. “Dinamo”nun əsas komandasının stadionu tikildikdən sonra akademiyanın da təməli qoyulacaq”.
- Komandanızın heyətinizdə Rusiya Premyer Liqasında oynamaq gücündə olan futbolçular varmı?
- “Dinamo”nun əsas komandası ötən il Premyer Liqanı tərk etdi. Bu, klubun tarixində ilk belə hadisə idi. Gənclərimiz isə ardıcıl iki il çempion oldular. Məcbur olduq 12 oyunçumuzu əsas komandaya verək. Mərkəz müdafiəçimiz Kalugin və iki hücumçumuz əsas komanda ilə məşq edir. Onların üzlərini, demək olar ki, görmürəm. Əsas komandamız Rusiyanın ikinci liqasında çıxış edir. Bu o deməkdi ki, bizim ehtiyat komandamız olmadığından, 19 yaşlılarımız özlərindən böyüklərə qarşı çıxış edirlər. Moskvada qalan oyunçularımız var ki, onların yaşı bir qədər çoxdu. 4 futbolçumuz bu oyundan dərhal sonra Belçikaya yollanacaq. Bu üzdən növbəti görüşü buraxacaqlar. Amma “Qəbələ” ilə cavab matçına yetişəcəklər. Təxminən 8-9 oyunçumuz milli komandalarda oynayır.
- 19 yaşlılarınızın özlərindən böyüklərlə oynaması onların xeyrinədi, yoxsa ziyanına?
- Bu, bizim futbolçuların xeyrinədi. Çünki orda təcrübə qazanırlar. O təcrübədən sonra geriyə dönüb gənclərlə oynamağın mənası olmur. Bəzi mənfi cəhətlərinə baxmayaraq, bu amil futbolçularımızın xeyrinədi. Güclənirlər. Orda sərt oyun olsa da, bundan qaçmaq mümkün deyil.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi