“Qəbələ”nin rəqiblərindən qələbə

“Qəbələ”nin rəqiblərindən qələbə
XƏBƏR 19 Sentyabr 2016 / 00:16 1530
-  A +

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri “Anderlext” və “Sent Etyen” ölkə çempionatında növbəti oyunlarını keçiriblər.

Qol.az-ın məlumatına görə, “Sent Etyen” Fransa çempionatının V turunda öz meydanında “Bastiya”nı qəbul edib.

Hamoumanın 90+2-ci dəqiqədə vurduğu qol “Sent Etyen”ə 1:0 hesablı qələbə qazandırıb. 5 turdan sonra 8 xalı olan “Sent Etyen” 8-ci pillədə qərarlaşıb.

“Anderlext” isə Belçika çempionatının 7-ci turunda “Genk”in qonağı olub. Mbodji və Marbaouinin vurduğu qollar Brüssel klubuna 2:0 hesablı qələbə qazandırıb.

Bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran “Anderlext” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner