"Pis oynamadıq. Qorxduğumuz ilk hissə idi. Bəlamız ilk 10 dəqiqəni pis keçirməyimizdir. Bu gün əksinə oldu və ilk hissədə yaxşı oynadıq. Heç kimə arzulamadığımız qol buraxdıq. Belə qolu düşmənimə də arzulamıram. Bu gün iki xal itirdik. Əfsuslar olsun ki, komandada stabillik yoxdur. Adlar olaraq təcrübəmiz yoxdur. Təcrübəsizlik oyunlarımıza mane olur. Stabil oynamamağımızın səbəbi budur. İnanırıq ki,yaxşı olacaq".
Qol.az-ın futbol11.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 5-ci turunda "Kəpəz"lə oyundan (1:1) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Fərhad Vəliyevə buraxdığı qola görə irad bildirdiniz?
- İradımızı bildirdik. Amma yaşını da nəzərə aldıq. Bütün komandaya irad bildirdik və Fərhad da öz payını aldı.
- Amil Yunanova nə olub?
- Amilə heç nə olmayıb. Sadəcə, son oyunu və məşqlərdə üərkaçan olmamağı onu meydana buraxmamağıma səbəb oldu.
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi