Bundesliqa klubu baş məşqçisini qovdu

Bundesliqa klubu baş məşqçisini qovdu
XƏBƏR 18 Sentyabr 2016 / 14:44 2924
-  A +

Almaniya Bundesliqasında baş məşqçi istefasə reallaşıb.

Qol.az-ın məlumatına görə, “Verder” baş məşqçisi Viktor Skripniklə  yolları ayırıb.

Klubun rəsmi saytı bununla bağlı açıqlama yayıb.

Skripniklə yanaşı, onun köməkçiləri Florian Kohfeldt və Torsten Frinqsin də müqaviləsi ləğv edilib.

Buna səbəb komandanın yeni mövsümdə uğursuz çıxışıdır.

Qeyd edək ki, geridə qalan 3 turdan sonra aktivində xalı olmayan “Verder” sonuncu pillədə qərarlaşıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
12.06.26  23:08

Andre Silva "Portu"da

topaz banner