Paşayevin komandası uduzdu

Paşayevin komandası uduzdu
XƏBƏR 17 Sentyabr 2016 / 21:05 2515
-  A +

Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Stal" doğma meydanda Donetsk "Olimpik"i ilə qarşılaşıb.

Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə yer alan Paşayev 90 dəqiqə meydanda olub. O, 58-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, "Stal" 6 xalla  12 klub arasında 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər
topaz banner