Con Toşak qovuldu

Con Toşak qovuldu
XƏBƏR 17 Sentyabr 2016 / 20:20 5944
-  A +

Mərakeşin "Vydad” (Kasablanka) klubu baş məşçisi Con Toşakla yolları ayırıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  Toşakın komandasının  CAF (Afrika Futbol Konfederasiyası) Çempionlar Liqasında Misirin "Zamalek” klubuna 0:4 hesabı ilə məğlub olduğu oyundan sonra klub rəhbərliyi bu qərarı verib.

Uelsli  mütəxəssis 2014-cü ildən Mərakeş klubunu çalışdırırdı.

Xatırladaq ki, 67 yaşlı Toşak 2012/2013-cü illərdə "Xəzər Lənkəran”ın baş məşqçisi olub.

Son xəbərlər
topaz banner