Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov sözügedən klubda baş verənlərə münasibət bildirib.
Qol.az-ın məlumatına görə, o, özünün "Facebook" hesabından bunları yazıb:
"Məsləhət görürlər ki, Müşahidə Şuraları 3 aydan bir yığışmalı, qlobal məsələləri həll etməlidi. Deməli, havadarlar tərəfindən göndərilən "icraçıların" , qlobal işlər görərək, 0-8 biabırçılığı baş verənə qədər gözləməlidirlər...
"Neftçi"də məlum qərarlardan sonra qəribə açıqlamalar baş verir. Çingiz Abdullayev müşahıdə etməkdə davam etməliymiş...
Əvəzolunmaz kadr siyasətinin "məhsulu" olan icraçı direktorun göndərilməsi, kənarlaşdırılması təşviş doğurub və ideoloqların yuxusuna haram qatıb. "Neftçi"nin Müşahidə Şurası kimlərəsə sərf etmir artıq. Hörmətli Müşahidə Şurası, sizə məsləhət görülüb ki, 3 aydan bir stadiona gəlin, kababınızı yeyin, çayınızı için 0-8-ə feyziyab olun və gedin. Bank imza sənədlərinə məsul(!), prezident səlahiyyətlərini yerinə yetirən icraçı direktorun işinə qarışmayın. Min əziyyətlə qurulmuş "sistemi" pozub milləti oyatmayın. Havadarlar çox narahatdı. Olmaz belə.
Artıq Müşahidə Şurası, daha doğrusu Çingiz Abdullayev sərf etmir. İcraçı direktor və klubda gedən proseslər ifşa olunmamalıydı...
P.S. Çingiz Abdullayevə "məsləhət" verənlər divizon klubunun Müşahidə Şurasının sədrinə də 3 aydan bir stadiona gedib qlobal məsələlərin həlli ilə məşğul olmağı məsləhət verə biləcəklərmi?! O klubda da icraçı direktor var axı...
Düşünmək sizdən, müşahidə etmək bizdən.
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir
Natan Saliba "Sabah"la oyunu buraxacaq
“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video
FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi
Qarabağa səfər, tarixi şəhərdə futbol günü - Video
1-ci liqada həftənin hakimləri məlum oldu
“Bavariya” rəhbərliyindən Musiala açıqlaması
Azərbaycanlı futbolçu Konfrans Liqasına sifariş edildi