"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk oyununda 2:2 hesablı heç-heçə etdiyi Çexiya "Slovan"ın qapıçısı Martin Dubravka klubunun rəsmi saytına müsahibə verib. O, Bakıdakı matç haqda təəssüratlarını bölüşüb.
- Oyunu necə dəyərləndirirsiniz?
- Məqsədimizə çatmaq üçün bir az bəxtimiz gətirmədi. Ancaq bu, futboldur. Qalib gəlsəydik, oyunumuza daha yaxşı qiymət vermək olardı. Qələbəyə çox az qalmışdı. Matçın yalnız son dəqiqələrində 3 xalı itirəndə həmişə çox üzücü olur. Oyundan əvvəl çoxları deyə bilərdi ki, 1 xal da dəyərlidir. Ancaq biz qələbəyə bu qədər çox yaxın idik... Bunun nə qədər qiymətli xal olduğunu qarşıdakı oyunlar göstərəcək. Fikrimcə, ikinci qolumuz gözlənilməz oldu. Bu, həmçinin matçın əvvəlində olana aiddir. Hərçənd, rəqib oyunun böyük hissəsini topa nəzarət edirdi. Ancaq biz də çox yaxşı təşkilatlanmış idik. Futbolçulara çətin idi, öz güclərinin maksimumu daxilində oynayırdılar. Təəssüf ki, 10 saniyəmiz çatmadı. Hər halda, bizə utandırıcı olmamalıdır.
- İkinci qolda zərbəni görmədiniz?
- O, əslində, sadə zərbə deyildi. Bundan əlavə, rəqib kapitan "çərçivə"yə yaxşı zərbə vurdu. Mən hətta topu qaytarmağa çalışdım, ancaq ona çatmadım. Bir az bəxtim gətirmədi. Ancaq bu, futboldur.
- "Qarabağ”ın daha çox şansı oldu ki, bu da əsasən ikinci hissədə idi. Reynaldonun həmlələri davamlı idi. Onun meydanda hərəkətlərini təsvir edə bilməzsiniz?
- Biz üzbəüz qalmışdıq. Top ondan bir az aralıda idi, zərbə vurmaq rahat deyildi. Rəqib evdə oynayır və qələbə qazanmaq istəyirdi.
- Erkən qol sizə nə qədər kömək oldu?
- Bu halda rəqib komanda hər şeyə yenidən başlamalı olur. Artıq 10-cu saniyədə qapıda top görürsən. Matç başlayır və birdən qol buraxırsan. Bir neçə dəfə yaxşı əks-hücumumuz oldu və rəqibə yaxşı futbol oynadığımızı göstərdik. Biz oyunun böyük hissəsini belə taktika ilə keçirdik. Son saniyələrədək hər şey bizim üçün yaxşı gedirdi.
- Bu nəticə qrupdan çıxmaq uğrunda vacib xal itkisi olacaqmı?
- İndidən demək çətindir. İddialı rəqiblərimizlə hələ 5 oyunumuz olacaq. Hər biri önəmlidir. Rəqiblərin hər birinin özünəməxsus adı, nüfuzu var. Bunu hətta "Qarabağ”la matçda da gördük. Hərçənd, Avropada yüksək nüfuza malik olanlar olsa da, "Qarabağ" çox yaxşı komandadır.
- Martin Latka ilə oyununuz necə alındı?
- Çox təcrübəli müdafiəçidir. Oyuna yaxşı hazırlaşmaq imkanı olmuşdu. Komandamızda adaptasiya olmaq tez və asandır. Fikrimcə, Latka David Hovarka ilə birgə keyfiyyətli oyun göstərdi. Onlarla birgə meydanda heç bir problem yox idi.
- Beləliklə, düşünürsən ki, zədəli Lukaş Pokornını yaxşı əvəzləmək mümkün oldu?
- Əlbəttə, Pokornının meydanda yeri görünürdü. O, kapitanımızdır. Ancaq oyun göstərdi ki, Lukaşı əvəzləmək oldu. Biz sıx oynayırdıq. Çox yaxşı komandamızın olduğu görsəndi.
- Bazar günü "Slaviya” ilə oyununuz olacaq. Azərbaycandakı matdan sonra digər yarışa köklənmək nə qədər çətin olacaq?
- "Slaviya” hər birimiz üçün çox cəlbedici rəqibdir. Hesab edirəm ki, həmin matça yaxşı hazırlaşa bilərik. Avrokuboklarda duellər elədir ki, özünü göstərib yüksək səviyyəli komandalara çatmaq istəyirsən. Ancaq hesab edirəm ki, çempionata daha yaxşı hazırlaşa bilərik. İndi əsas məsələ yaxşı bərpa olunmağımızdır. Ondan sonrasına baxarıq (sportnet.az).
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi