Azərbaycan bu gün bütün dünyada idman ölkəsi kimi tanınır. Sevindirici haldır ki, ölkəmizdə hər iki cinsin nümayəndələri arasında bu sahəyə maraq böyükdür, onlar beynəlxalq arenalarda ölkəmizi layiqli şəkildə təmsil edirlər. Buna baxmayaraq, son zamanlar belə bir fikir formalaşıb ki, qadınlara, qızlara idmanla, xüsusilə, döyüş növləri ilə məşğul olmaq olmaz. Bu, onların bədən quruluşlarını kobudlaşdırır, gözəlliklərinə xələl gətirir.
Bu cür düşüncəli insanların əksinə olaraq, gözəllik Tanrı vergisidir, əsas sağlam cəmiyyətin formalaşması, bayrağımızın dalğalandırılması, himnimizin səsləndirilməsidir deyənlər də var. Biz də öz növbəmizdə mütəxəssislərlə, qadın idmançılarımızla əlaqə saxlayıb, onların bu barədə fikirlərini öyrəndik. Deyilənlərdən aydın oldu ki, bu fikir heç də doğru deyil.
Telli Şükrani, 70 nömrəli məktəb-liseyin idman müəllimi:”Fikrinizlə qismən razıyam. Son vaxtlar mən də belə hallarla az-az da olsa rastlaşıram. Əslində isə bu belə deyil. Belə ki, mən özüm məktəb və institut vaxtları uzun müddət basketbol və otüstü hokkeylə məşğul olmuşam. Hətta otüstü hokkey üzrə yeniyetmələrdən ibarət milli komandanın mərkəz hücumçusu idim. Maraqlıdır ki, o vaxt məni o qədər də yaxşı tanımayanlar idmanla məşğul olduğuma inanmırdılar. Çünki yerişimə, oturuşuma, duruşuma fikir verirdim. Əslində, onda bütün qadın idmançılar mənim kimi idi. İndi isə əksinə, qızlar özləri kobudlaşmağa, “oğlan”laşmağa meyl göstərirlər. Yəni, əgər hansısa kobudlaşmadan söhbət gedirsə, bunun səbəbi idman yox, idmançıların özüdür. Bu mənfi hal bəlkə də ailədən qaynaqlanır. Əlbəttə, qeyd etdiklərim də hamıya aid deyil. Qeyd etdiyiniz fikir xüsusilə, cüdo, güləş, boks kimi tək mübarizəlik idman növlərinə aiddir. Bilirsiz niyə? Çünki əgər bir zalda 60 idmançı məşq edirsə, onlardan maksimum 10-u qızdır. Onlar məcbur olub oğlanlarla ünsiyyətdə olurlar, onlarla yarışırlar. Əgər həmin idmançıların arasında oğlanlarla qızların sayı bərabər olsa, belə olmaz. Zəif cinsin nümayəndələrinin idmana az maraq göstərmələrinin səbəbi məhz cəmiyyətimizdə formalaşan həmin neqativ fikirdir. Yəni bu problemi aradan qaldırmaq üçün əvvəlcə özümüzü aldatmağı dayandırmalıyıq”.
Rəşad Şıxaliyev, cüdo üzrə “Sərhədçi” İdman Olimpiya Kompleksinin və “Ruslan” idman klubunun məşqçisi: ”Bu fikri ona görə deyirlər ki, qadınlar zərif cinsdirlər, onlara kobudluq yaraşmır. Amma başa düşmək lazımdır ki, normal idmançı üçün hansısa bir növlə məşğul olmağın heç bir ziyanlı tərəfi yoxdur. Tam tərsi, sağlam cəmiyyətdə yaşamaq üçün həm qızları, həm də oğlanları idmanla məşğul olmağa çağırıram. Tələbələrim arasında bir neçə qız idmançı da var. Onlar nüfuzlu yarışlarda ölkəmizi uğurla təmsil edirlər. Əlbəttə, belə idmançılarımızın sayı nə qədər çox olsa daha yaxşıdır. Beləliklə, dostumuz da, düşmənimiz də bilər ki, aslanın erkəyi dişisi olmaz“.
Anar Süleymanov, kikboks üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçisi:”Əgər idman qadınları kobudlaşdırsaydı, onlara ziyan vursaydı, idman klublarında qızlarımız üçün bölmələr açılmazdı, heç məktəblərdə də qızlar üçün idman dərsləri keçilməzdi. Deməli, bu heç də belə deyil. Mən bir mütəxəssis kimi əminliklə deyə bilərəm ki, idman heç bir qadın üçün ziyan deyil. Sadəcə, idman normalarına , gigiyenik qaydalara, təmizliyə ciddi riayət etmək, o cümlədən dərsdən sonra nəzərdə tutulan əzələ boşaldıcı hərəkətləri, plates məşqlərini yerinə yetirmək lazımdır. Fikir versək, görərik ki, bu gün müxtəlif növlərdə dünya ulduzları sırasında olan qadın idmançıların hamısı normal bədən quruluşlarına malikdirlər. Çünki onlar peşəkardırlar, idmançı üçün nələrin lazımlı, nələrin zərərli olduğunu yaxşı bilirlər. Bir məşqçi kimi mən də öz tələbələrimi texniki-taktiki, fiziki, psixoloji cəhətdən hazırlamaqla yanaşı, bacardığım qədər nizam-intizamlarına, gigiyenalarına fikir verirəm ki, onlar da gələcəyin tanınmış idmançıları olsunlar”.
Nəzakət Xəlilova, cüdoçu və samboçu, Avropa Oyunlarının gümüş mükafatçısı:”İdman qadınları kobudlaşdırır? Bu fikirlə ümumiyyətlə razı deyiləm. İnsana gözəlliyi də, yaraşığı da Allah verirsə, bunu heç bir qüvvə, o cümlədən də idman dəyişə bilməz. Amma əksinə deyə bilərəm ki, idmanla məşğul olmaq həm oğlanlar da, həm də qızlarda normal bədən quruluşu yaradır. Özümü misal çəkim. Uzun illərdir peşəkar idmandayam, həmişə, hər yerdə, elə zalda da özümü əsl zərif cinsin nümayəndəsi kimi aparmışam. Yəni, sadəcə bunu bacarmaq lazımdır, bu qədər. Şəxsən mən özünü müdafiə üçün qızlara daha çox idmanla məşğul olmağı məsləhət görərdim. Heç olmasa həvəskar şəkildə. Unutmaq olmaz ki, idmanla məşğul olmaq ən azından sağlamlıqdır”.
Günay Hacıyeva, kikboksçu, “Qarabağ” idman klubunun idmançısı:” Mən dünya çempionu olmuşam. Şükürlər olsun ki, indiyə kimi özümdə heç bir kobudluq hiss etməmişəm, bir an belə idmanla məşğul olmağıma peşman olmamışam. Zənnimcə, bu fakt dediyiniz fikrin səhv olduğunu göstərmək üçün kifayətdir. Əksinə, deyim ki, idmanla məşğul olmaq bədəni elastik edir, normal formaya salır, o cümlədən də mənim seçdiyim kikboks idman növü. Qadınlarımıza demək istəyirəm ki, idmanla məşğul olmaqdan çəkinməsinlər, döyüş növlərindən qorxmasınlar”.
Kənan NOVRUZOV
Rodri yaşıl meydanlara qayıdır?
"Mingəçevir"dən böyükhesablı qələbə - Video
"Yuventus"da yeni müqavilə
"Cəbrayıl"dan 2 qol, 1 "qırmızı" - Video
Minifutbol millimiz finalda uduzdu - Yenilənib
ÇL-də həftənin rəmzi komandası açıqlandı
"Mingəçevir" və "Cəbrayıl"dan qələbə
"Milan"ın baş məşqçisi olmağa yaxındır
"Barselona" üçün ciddi itki
FİFA referisi Əvəzedicilər liqasının oyununda
"Bavariya" "Barselona"nın futbolçusunu nişan aldı
Yamal Qavinin rekordunu qırdı
Misli Premyer Liqasında 33-cü turun hakimləri açıqlandı
Lopeteqi bu milli komandanın baş məşqçisi olacaq
"Karvan" ilk mövsümdən Premyer Liqada möhkəmlənmək istəyir"
"Real"dan getməyə qərar verdi
Əlcəzair millisinin üzvü “Bayer”də - Rəsmi
Rüdiger karyerasını erkən başa vura bilər
Azərbaycanın "Böyük Dəbilqə"də iştirak edəcək cüdoçuları
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Millimiz yarımfinalda
Avroliqanın oyunları bu kanallarda
Messi də Çempionlar Liqası ilə vidalaşdı, Ronaldo da
İnzaqi: “Son 8-9 ildə onun kimi futbolçu görməmişəm”
Barselonada elə gözəl qollar vuruldu ki… Video
Gəncə stadionunda son durum - Şəkil
17 yaşlı Yamal "Barselona"da 100-cü oyuna çıxdı
"Barselona" - "İnter" matçında 6 qol vuruldu
"Şəmkir"in qələbəsindən - Video
Gyökereş "Mançester Yunayted"ə keçəcək?
"Şimal" 1-ci liqaya vəsiqəni belə təmin etdi - Video
"Mançester Siti"dən yeni transfer
"Haypers Quba"dan əzmkar qələbə - Video
Qubada 7 qol vuruldu, "Şimal", "Qusar" və "Şəmkir"dən qələbə
"Real" təzminat ödəmir, Braziliya millisi isə gözləmir
"Mançester Yunayted" üçün şad xəbər
Xabi Alonsonun “Real”da görmək istədiyi 3 futbolçu
"Bavariya"nı "Monako"ya dəyişir
Fransa klubları 34 ildir bunu bacarmırdı
Mahir Emreli qoruyucu şinlə məşqə başladı - Şəkil
"Yuventus"da yeni müqavilə