UEFA "Borussiya" və "Legiya"nı cəzalandırır

UEFA "Borussiya" və "Legiya"nı cəzalandırır
XƏBƏR 16 Sentyabr 2016 / 17:22 3525
-  A +

UEFA Çempionlar Liqasının F qrupunda keçirilən "Legiya" (Polşa) - "Borussiya" (Dortmund) oyunu ilə bağlı araşdırma başladıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna Varşavada keçirilən görüşdə hər iki klubun azarkeşlərinin etdiyi hərəkətlər səbəb olub.

UEFA-nın açıqlamasında sözügedən matç zamanı tribunalarda insidentlərin baş verdiyi, priotexniki vasitələrdən istifadə edildiyi, meydançaya kənar əşyalar atıldığı, irqçi şüarların səsləndiyi və təhlükəsizliyin lazımi səviyyədə təşkil olunmadığı bildirilib.

Qitənin ali futbol qurumu baş verən hadisələrlə bağlı qərarını sentyabrın 18-i açıqlayacaq.

Qeyd edək ki, "Legiya" - "Borussiya" oyunu qonaq komandanın 6:0 hesablı qələbəsi ilə başa çatıb.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner