Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynovun apellyasiya şikayəti üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Qol.az-ın APA-ya istinadən yaydığı xəbərə görə, buna səbəb müdafiə tərəfinin ilkin baxış iclasının qərarından kassasiya verməsidir. Proses qeyri-müəyyən vaxtadək təxirə düşüb.
Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir. O, Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
"Tottenhem"in oyunçusu Argentina millisində
Mourinyo rəsmən “Real”da!
DÇ-2026-dan əvvəl Şakira şou - Şəkillər
Mundialın açılış matçının heyətləri açıqlandı
İsa Sulimanın millisi çempion oldu
Kapitan "Liverpul"u tərk edə bilər
Bölgə təmsilçisi qapıçısı ilə anlaşdı
İspaniya klubu yeni baş məşqçisini açıqladı
İki futbolçu millinin heyətindən çıxarıldı - DÇ-2026
Qurban Qurbanov onun arzusunu həyata keçirdi - Şəkillər