Superkubok oyunu – Tallinndə

Superkubok oyunu –  Tallinndə
XƏBƏR 15 Sentyabr 2016 / 15:24 4598
-  A +

2018-ci ildə UEFA Superkubokunun oyunu Estoniyanın paytaxtı Tallinndə keçiriləcək.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  bu barədə qərar qurumun bu gün Afinada keçirilən Konqresində verilib.

Görüş avqustun 14-də “Lillekyula” stadionunda keçiriləcək. Arenanın hazırda 10 min azarkeş tutumu var. Ancaq superkubok oyununa qədər oturacaqların sayının artırılması nəzərdə tutulub.

Xatırladaq ki, bu gün 2018-ci ildə UEFA Çempionlar Liqasının  Kiyevdə keçirilməsi haqda da qərar verilib.


Qarabağ FK
Son xəbərlər
11.08.26  18:02

Poqba sıradan çıxdı

topaz banner