"Qarabağ"a qarşı oynamaq maraqlı olacaq"

"Qarabağ"a qarşı oynamaq maraqlı olacaq"
XƏBƏR 15 Sentyabr 2016 / 13:58 3964
-  A +

“Biz “Qarabağ”ın “Viktoriya” ilə oyunlarını izləmişik. Xüsusilə öz meydanlarında necə oyun nümayiş etdirdiklərinin şahidi olduq. “Viktoriya” üçün çətinlik yaratdıqlarını gördük”.

Qol.az-ın məlumatına görə, bunu “Slovan”ın vutbolçusu Yeqon Vux Çexiya mətbuatına açıqlamaısnda deyib.

Avropa Liqasının qrup mərhələsində bu gün “Qarabağ”la qarşılaşacaqları oyun haqda danışan 25 yaşlı yarımmüdafiəçi görüşün onlar üçün çətin olacağını bildirib:

“Qarabağ” topa yaxşı nəzarət edən komandadır. Azərbaycan klubu yüksək səviyyəli futbolçulara malikdir.  Hücumçu Reynaldonun adını çəkə bilərəm.  Maraqlıdır, bu futbolçular bizə qarşı necə oynayacaq? Ümumiyyətlə, düşünürəm ki, “Qarabağ”a qarşı oynamaq maraqlı olacaq. Çalışmalıyıq ki, öz oyunumuz itirməyək”.

Çexiyalı futbolçu “Qarabağ” haqda kifayət qədər məlumatlı olduğunu da əlavə edib: “Viktoriya”nın müdafiəçisi David Limberski mənə rəqib haqda müəyyən məlumatlar verib. “Qarabağ”a qarşı necə oynamaq, hücuma necə keçmək lazım olduğunu deyib”.

Xatırladaq ki, bu gün “Dalğa Arena”da keçirilən “Qarabağ” – “Slovan” oyunu saat 19:00-da başlayacaq.

Son xəbərlər
topaz banner