"Hər zaman 3 xal qazanmaq olmur" - "Anderlext"in qapıçısı

"Hər zaman 3 xal qazanmaq olmur" -  "Anderlext"in qapıçısı
XƏBƏR 15 Sentyabr 2016 / 01:38 2335
-  A +

“Biz "Qəbələ"ni qiymətləndirməyə bilmərik. Hamı bunu bilir”.

Qol.az-ın sportnet.az-a istinadən verdiyi məlumata görə, bunu Belçika "Anderlext"inin qapıçısı Devi Ruf "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından öncə mətbuat konfransında deyib.

22 yaşlı qapıçı Azərbaycan təmsilçisinə hörmətlə yanaşdıqlarını bildirib. O deyib ki, hər bir rəqibə qarşı ən yaxşı oyunlarını sərgiləməlidirlər: "Bütün oyunlardan qalib ayrılmağa çalışırıq. Bunun üçün məşqlərdə var gücümüzlə çalışırıq. Aydındır ki, qələbə qazanmaq böyük məmnunluq gətirir. Amma heç də hər zaman 3 xal əldə etmək olmur. Hərdən alınır, hərdən yox..."

Duf Silvio Protonun "Ostende"yə transferindən sonra "Anderlext"in əsas qapıçısına çevrilib. Gənc "çərçivə" qoruyucusu 1 nömrə adını asanlıqla almadığını vurğulayıb: "Bu mövsüm həm yaxşı, həm də pis oyunlar keçirmişəm. Bu, gənc qapıçı üçün normal haldır. Hər bir oyunda əlimdən gələni edirəm. Amma daha yaxşısını edə bilərəm".  

Qeyd edək ki, sentyabrın 15-də Brüsseldəki "Konstant van den Stok" stadionunda keçiriləcək "Anderlext" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner