"Slovan"da ciddi itki - kapitan "Qarabağ"la oyunu buraxacaq

"Slovan"da ciddi itki -   kapitan "Qarabağ"la oyunu buraxacaq
XƏBƏR 13 Sentyabr 2016 / 16:16 4553
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Slovan” klubu ciddi itki ilə üzləşib.

Qol.az-ın Çexiya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın kapitanı Lukaş Pakorni dizindən zədələnib.

“Viktoriya” ilə oyunda xəsarət alan 29 yaşlı müdafiəçi dünən tibbi müayinədən keçib və məlum olub ki, o, 4 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, Çexiya millisinin üzvü sentybarın 15-də “Qarabağ”la keçiriləcək oyunda  komandasına kömək edə bilməyəcək.

Son xəbərlər
topaz banner