“Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç klubun hazırkı rəhbərliyini, Müşahidə Şurasını istefaya çağırıb.
Qol.az-ın məlumatına görə, serb qapıçı feysbukda yer alan “Neftchi Baku [Fan Page]" səhifəsinə göndərdiyi müraciətdə “ağ-qaralar”ın hazırkı rəhbərliyinə qarşı ittihamlar irəli sürüb.
Stamenkoviçin fikirlərini təqdim edirik:
- “Neftçi”nin azarkeşi və 4 il klubun formasını geymiş biri kimi hazırkı rəhbərliyi, Müşahidə Şurasını tam heyətlə istefaya çağırıram. Azərbaycanın ən böyük klubunu daha biabır etmək olmaz. Sizin şəxsi maraqlarınız, pul böldüyünüz futbolçuları mühafizə etməyiniz...bunu mənə də təklif etmişdiniz. Haqqım olan pulun yarısını ödəmək, yarısını isə cibinizə qoymaq istəyirdiniz.
Azarkeşlər Elnura (Elnur Məmmədov nəzərdə tutulur-red.) rejissor kimi və Çingizə (Çingiz Abdullayev nəzərdə tutulur-red.) yazıçı kimi “Neftçi”ni necə məhv etmələri barədə kitab buraxmağa icazə verməyəcəklər.
Keçmişə qayıdaraq bizi - 12 legioneri niyə klubdan göndərdiyinizi soruşmaq istəmirəm. Bəlkə ona görə ki, bizi kluba cənab Sadıqov (Sadıq Sadıqov nəzərdə tutulur-red.) gətirmişdi və biz “Neftçi”nin tarixindəki ən yaxşı heyət olmuşuq. Biz hazırda başqa klublardayıq. Yeni uğurlar əldə edirik və sizləri bağışlamışıq. Amma qorxuram ki, azarkeşlər sizi heç vaxt bağışlamayalar.
Oyunçular, məşqçilər günahkar deyillər. Günahkar sizin futboldakı biliksizliyinizdir. Ona görə də “Neftçi”ni məhv etməmək üçün gedin. “Neftçi”yə eşq olsun”.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı