"Fiorentina"nın oyunu təxirə salındı - güclü yağış

"Fiorentina"nın oyunu təxirə salındı -  güclü yağış
XƏBƏR 11 Sentyabr 2016 / 18:50 2379
-  A +

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Fiorentina”nın İtaliya A Seriyasındakı oyunu təxirə salınıb.

Qol.az-ın məlumatına görə, III turda “Genua” ilə keçirilən səfər matçı güclü yağış səbəbindən yarımçıq dayandırılıb.

Matçın 30-cu dəqiqəsində yağış şiddətləndiyindən baş hakim oyunu dayandırmalı olub.

Qarşılaşmanın növbəti günlərdə qaldığı yerdən davam edəcəyi gözlənilir.

Son xəbərlər
topaz banner