“Vacib olan 3 xal qazanmaq idi” - Fariz Nəcəfov

“Vacib olan 3 xal qazanmaq idi” -  Fariz Nəcəfov
XƏBƏR 11 Sentyabr 2016 / 00:00 2680
-  A +

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov “Neftçi” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az F. Nəcəfovun müsahibəsini təqdim edir:

- “Neftçi” ilə görüşdə bu cür qələbə qazanacağınızı gözləyirdiniz?
- Xeyr, belə hesab gözləmirdim. Əsas olan 3 xal idi, onu da qazandıq. Bu gün 2 komandadan biri uduzmalıydı. Elə alındı ki, biz qalib gəldik. Hesabın elə də önəmi yoxdur.

- Bu qələbəni “Anderlext” üçün gözdağı hesab etmək olar?
- Yox, belə deməzdim. Vacib olan 3 xal qazanmaq idi. Komanda öz oyun üslubuna, taktikasına sadiq qaldı. Bu da məni sevindirir. Hesabın necə olmasından asılı olmayaraq, öz oyunumuzu göstəririk.

- 8:0-lıq qələbə “Anderlext”lə oyundan öncə komandada arxayınçılıq yaratmayacaq?
- Tam fərqli oyunlardı. Komanda hər görüşə başqa cür motivasiya olur.

- Nəticəni nəzərə almasaq, göstərilən oyun sizi qane etdi?
- Bayaq dediyim kimi, rəqibin adından, hesabdan asılı olmayaraq, komandamız öz oyun tərzinə sadiq qalır. Əsas olan budur.

- Hesaba görə “Neftçi”yə yazığınız gəldi?
- “Neftçi” bu gün uduzdu. Onlara qarşıdaı görüşlərdə uğular arzulayıram. Yəqin ki, bu vəziyyətdən çıxıblar.

- “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev hər müsahibəsində ardıcıl 5 dəfə kubokda finala çıxmalarını qabardır ki, bunun da ikisində onlar “Qəbələ”ni keçiblər...
- Çingiz Abdullayevin fikrinə hörmətlə yanaşıram. Statistikaı nəzərdə tutur. Faktı deyir. Olan şeyi deyir. Ona görə də fikri ilə razıyam.

- Dünən “Qarabağ” 6, bu gün “Qəbələ” 8 cavabsız qolla qalib gəldi. Premyer Liqada rəqabət zəif olması sizi narahat edir?
- Təbii ki, çempionatın səviyyəsi, komandaların sayı nə qədər güclü olsa, daha yaxşı olar. Bu halda futbolçular daha çox inkişaf edərlər. Lakin hazırda reallığı qəbul etməliyik.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner