“Bakı” futbol klubu yeni mövsümdən etibarən həvəskarlar liqasında çıxış edəcək.
Bu haqda Qol.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. Onun sözlərinə görə, komanda 2016/17 mövsümün üçün birinci dəstəyə buraxılmasa da, fəaliyyətini dayandırmayıb.
“Hazırda bazamızda məşqlər davam etdirilir. Bir ay ərzində həvəskarlar arasında növbəti Azərbaycan çempionatı başlayacaq və “Bakı” o yarışda iştirak edəcək”.
Xatırladaq ki, “Bakı” FC iki dəfə (2005/2006 və 2008/2009 mövsümündə) Azərbaycan çempionu olub. 2015-ci ildə maddi vəziyyəti pisləşən klub birinci diviziona düşüb. 2016/17 mövsümündə isə komanda birinci diviziona da buraxılmayıb. AFFA buna səbəb kimi klubun tələb olunan bank təminatını ödəyə bilməməsini göstərib.
“Turan Tovuz”dan yenilik
"Sabah"ın pley-offdakı rəqibi bilindi
"Sabah" bizi cəzalandırdı" - "Orhus"un baş məşqçisi
Argentina və Rusiya yığmaları qarşılaşa bilər
"Sabah" Çempionlar Liqasının “pley-off”unda!
"Kayrat" ÇL-dən kənarda qaldı
"Ronaldoya qol vurmağı öyrədə bilməzdim"
Slot yığmanı çalışdırmaqdan imtina edib?
“Neftçi” macarıstanlı futbolçu transfer etdi
Alman klubundan stadionda çəkilişlə bağlı sərt qərar
"Karvan-Yevlax"dan böyükhesablı qələbə
"Sumqayıt"dan növbəti transfer
"Sabah" - "Orhus": Heyətlər
FİFA millinin məşqçisini cəzalandırdı