Arne Slot Niderland millisinin baş məşqçisi vəzifəsinə təyin olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
QOL.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu barədə "Algemeen Dagblad"a müsahibəsində danışıb.
Slot son günlər mətbuatda yayılan məlumatların doğru olmadığını bildirib:
"Son həftələrdə, xüsusilə də son günlər Niderland millisində boş qalan baş məşqçi vəzifəsi ilə bağlı bir sıra yazılar dərc olunub. Həmin xəbərlərdə maaş və müqavilənin müddəti ilə bağlı uzun danışıqlardan sonra prosesdən çəkildiyim qeyd olunurdu. Bu məlumat doğru deyil. Biz heç vaxt danışıqların həmin mərhələsinə çatmamışıq".
Mütəxəssis bu yöndə qısa müddət ərzində danışıqlar apardığını təsdiqləyib:
"Danışıqlarımız olub. Vacib vəzifə ilə bağlı təklif aldıqda bu, tamamilə normaldır. Rol və gözləntilər barədə daha aydın təsəvvür yaratmaq istəyirsən. Lakin ilk görüşdən sonrakı bir həftə ərzində yaxın gələcəyimi yenidən klub futbolunda gördüyümü bildirdim".
Niderland millisində gələcəkdə işləmək ehtimalını istisna etməyən Slot deyib:
"Milli komandaya böyük hörmətim var. Bir gün ölkəmi baş məşqçi kimi təmsil etmək mənim üçün böyük şərəf olardı. Sadəcə, hazırda bunun üçün doğru zaman deyildi".
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı