Futzal millimizdən növbəti qələbə

Futzal millimizdən növbəti qələbə
XƏBƏR 4 Sentyabr 2016 / 16:44 2635
-  A +

Futzal üzrə dünya çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan milli komandası ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığma ilə növbəti yoxlama oyunu keçirib.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, ABU Arenada keçirilmiş qarşılaşma millinin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

Tyaqo Telesin het-trik, Fabio Polettonun dubl etdiyi oyunda millinin digər qollarını Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov və Vitali Borisov vurub.

Xatırladaq ki, bu komandalar arasında sentyabrın 1-də keçirilmiş oyun millimizin 8:1 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər
topaz banner